Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Avropa çempionatı:Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın iki sərbəst güləşçisi İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında yarımfinala yüksəlib.

Yenixeber.org:  57 kq-da Ruslan Abdullayev, 70 kq-da isə Cavidan Əhmədov finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Onlar müvafiq olaraq, türkiyəli Tolqa Özbek və İbrahim Yaprakla qarşılaşacaqlar.

Bu gün xalça üzərinə çıxan digər sərbəst güləşçilərdən 65 kq-da Ramik Heybətov ermənistanlı Andranik Avetisyana, 79 kq-da Sadiq Mustafazadə gürcüstanlı Otari Adeişviliyə, 97 kq-da isə Zəfər Əliyev ukraynalı İvan Primaçenkoya uduzub. Rəqibləri finala adlasalar, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərdə iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçiləri Elmir Əliyevlə (55 kq) Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Məraim Muatafayevlə (63 kq) Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıblar. Yığma komanda hesabında Avropa çempionu olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam