III Avropa Oyunları:Azərbaycan idmançıları bu gün beş növdə çıxış edəcəklər
Polşada təşkil olunan III Avropa Oyunları davam edir.
Yenixeber.org: Yarışın yeddinci günündə Azərbaycan idmançıları beş növdə mübarizə aparacaqlar.
Badmintonda dörd, muay-tay və boksda üç, taekvondo və atıcılıqda bir idmançı qüvvəsini sınayacaq.
26 iyun
Atıcılıq
11:00. Nigar Nəsirova (tapança ilə 25 metr məsafəyə atəş açma)
Taekvondo
11:36. 87 kq, 1/8 final: Taleh Süleymanov - Aleksander Baçman (Yunanıstan)
Badminton
11:30. Kişilər
Fərdi yarış: Eddi Reski Dviçayo (qrup mərhələsi)
Cütlər: Eddi Reski Dviçayo, Ezmi Qovimuramadhoni (qrup mərhələsi)
11:30 Qadınlar
Fərdi yarış: Keyşa Fatimə Zəhra (qrup mərhələsi)
18:00. Cütlər: Era Məftuha, Keyşa Fatimə Zəhra (qrup mərhələsi)
Boks
Qadınlar
16:15. 66 kq, 1/8 final: Şəhla Allahverdiyeva – Oşin Deriyuv (Belçika)
Kişilər
21:45. 51 kq, 1/8 final: Məsud Yusifzadə - Atilla Bernat (Macarıstan)
22:00. 80 kq, 1/8 final: Murad Allahverdiyev – Nikita Niysted (Finlandiya)
Muaytay
Kişilər
17:10. 67 kq, 1/2 final: Xəyal Əliyev - Oskar Siqert (Polşa)
Qadınlar
18:40. 57 kq, 1/2 final: Aysun Dərvişova - Patrisiya Axlinq (İsveç)
19:10. 63,5 kq, 1/2 final: Emiliya Rzayeva - Tereza Steçova (Çexiya)