Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda taekvondo üzrə dünya çempionatı BAŞLAYIR

 Bu gün Bakıda taekvondo üzrə 26-cı dünya çempionatına start veriləcək.

Yenixeber.org: “Baku Crystal Hall”da təşkil olunacaq yarışda 145 ölkədən 949 idmançı 16 dəst medal uğrunda gücünü sınayacaq.

Yeddi gün davam edəcək çempionatda ölkəmizi Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakorava (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər.

Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəm çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunacaq. Dünya çempionatında, ümumilikdə, 150-dən çox ölkədən 2000-ə yaxın qonaq ölkəmizə gələcək. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçiriləcək. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul edilib. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini versə də, səsvermə ilə Azərbaycan qalib gəlib. Son anda Bolqarıstan istəyini geri götürüb.

Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə isə Avropa çempionatı, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatını Azərbaycana həvalə edib.

Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam