Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Tatarıstanın idman naziri ASAPES-də olub -FOTOLAR

 
Ölkəmizə rəsmi səfərə gələn Tatarıstan Respublikasının idman naziri Vladimir Leonov işgüzar görüşlər çərçivəsində bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) olub.
Yenixeber.org: Akademiyanın rektoru Fuad Hacıyev qonağı Elmi-tədris laboratoriyası və Multimedia Mərkəzi ilə tanış edərək hər iki mərkəzin fəaliyyət istiqaməti barədə məlumat verib.
Qonaqlar akt zalında Avstriyanın “ComplexCore” təşkilatının icraçı direktoru, ASAPES-in “Bədən tərbiyəsi və idmanda reabilitasiya” bakalavr ixtisasının direktoru Roman Yahoda tərəfindən Akademiyanın bakalavriat səviyyəsinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə təhsil alan  3-cü tədris ilinin tələbələri üçün təhsil proqramına uyğun seçilmiş “Onurğa reabilitasiyası, müdaxilələr” mövzusunda seminarı da izləyiblər. Roman Yahoda qonaqlara proqramın əsas üstünlükləri ilə bağlı məlumat verərək onun ixtisaslı kadrların hazırlanmasındakı rolundan danışıb.
Rusiya nümayəndə heyətinə ASAPES-in fəaliyyətindən bəhs edən film nümayiş olunduqdan sonra tədbir konfrans zalında davam etdirilib. Akademiyanın rektoru Fuad Hacıyev qonaqlara ASAPES-in hazırkı və gələcək fəaliyyət planları haqqında ətraflı məlumat verib.
Qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurov, ASAPES-in prorektorları Almaz Ələkbərova və Rizvan Əliyev, həmçinin “İdman tibbi və reabilitasiya” magistr proqramının koordinatoru Zərifə Kamilova da iştirak edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam