Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanda -3 bakalavriat dərəcəsi olacaq

Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq

Ali təhsilin ikinci səviyyəsini təşkil edən bakalavriat səviyyəsinin və ya onun ekvivalentinin təhsil proqramlarını tədris edən akademik heyət Ali Təhsil Kvalifikasiyalarının Təsnifat Standartının (ATKTS) 3-cü və 4-cü səviyyələri üzrə müvafiq kvalifikasiyaya malik olmalıdır.

Yenixeber.org: Bu, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Ali təhsilin ikinci səviyyəsi üzrə təhsil proqramı akademik təhsil yönümlü olduqda təhsil müddəti 4 ildir (240 kredit) və buraxılış işinin müdafiəsi ilə tamamlanır. Ali təhsilin bu səviyyəsi üzrə təhsil proqramı peşə təhsili yönümlü olduqda təhsil müddəti 3 ildir (180 kredit) və buraxılış işinin hazırlanması və müdafiəsi tələb edilmir.

Layihəyə əsasən, ali təhsilin bakalavriat səviyyəsinin məzunları elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində elmi-pedoqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər.  Bakalavriat səviyyəsinin və ya onun ekvivalentinin təhsil proqramları maksimum 4 il (180-240 kredit)  müddətinə hesablanır və Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun təşkil edilir. Bakalavriat təhsil səviyyəsində Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin (AzMKÇ) 4-cü və ya 5-ci səviyyələri üzrə təhsil bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsil mütəxəssisləri hazırlanır. Bakalavriat kvalifikasiyaları aşağıdakılardır:

- müvafiq ixtisas sahəsi üzrə bakalavriat  dərəcəsi (BA);

- müvafiq ixtisas sahəsi üzrə elm əsaslı bakalavriat dərəcəsi (BSc);

- müvafiq ixtisas üzrə biznesin idarəedilməsi üzrə bakalavriat dərəcəsi (BAA).

Layihədə qeyd olunub ki, bakalavriat səviyyəsinin məzunlarına bakalavr peşə-ixtisas dərəcəsini təsdiq edən təhsil haqqında sənəd – diplom verilir. Kvalifikasiyanın əldə edilməsini təsdiq edən sənədin əlavəsində müvafiq təhsil səviyyəsinin AzMKÇ üzrə  səviyyə nömrəsi, toplanmış kreditlər və qazanılmış təlim nəticələri qeyd edilir.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime)  növü üzrə təhsilin normativ müddəti  3-4 ildir. Qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlbolunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən 1 il artıqdır. Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma  (fulltime)  növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Əsas (baza ali)  tibb təhsilini bitirən məzunlara isə “həkim” ali peşə-ixtisas dərəcəsi verilir.   

Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının qismən cəlb olunma (partime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir.

Layihədə bildirilir ki, distant (məsafədən)  təhsilalma formasında bakalavriat səviyyəsində kadr hazırlığı üzrə ixtisaslar (ali təhsil proqramları) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.  Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi meyarlara uyğun ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil edilir.

Ali təhsilin qısa müddəti və ya onun ekvivalenti üzrə qazanılmış kvalifikasiyaların  təlim nəticələrinin və kreditlərinin tanınması və tənzimlənməsi mexanizmləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Ali təhsilin bakalavriat səviyyəsi və ya onun ekvivalenti üzrə bakalavriat ali təhsil səviyyəsinin akademik təhsil və ya peşə təhsili yönümündən asılı olaraq təhsil proqramlarının  məzmunu və məzmun strukturu müəyyən edilir. Bakalavriat səviyyəsi və ya onun ekvivalenti üzrə həyata keçirilən təkrar ali təhsil proqramlarında kreditlərin toplanması təlim nəticələrinin qazanılması məqsədi ilə tələb edilən ümumi kreditlərin tədris prosesində götürülməsini əhatə edir. Bu zaman əvvəlki öyrənilənlərlə yeni proqram arasındakı fərq bir tədris ili və ya 60 kreditdən az olmamalıdır.

Müvafiq icra hakimiyyəti orqanı bakalavriat səviyyəsi və ya onun ekvivalenti üzrə proqramı uğurla bitirməmiş, lakin qazanılan təlim  nəticələri və kreditlərin AzMKÇ-nin 5-ci səviyyəsi (subbakalavriat) üzrə təhsil nəticələrinin tamamlanması halı kimi qəbul edilməsinə dair müvafiq qaydaları təsdiq edir və həyata keçirir.

Sənəddə qeyd olunur ki, bakalavriat təhsili ödənişli əsasla və dövlət sifarişi əsasında həyata keçirilir. Bakalavriat səviyyəsində təhsil proqramlarının həyata keçirilməsinin əsas şərti professor-müəllim heyətinin ən azı 50 faizinin elmi adı və elmi dərəcəsinin olması, o cümlədən 10 faizinin professor olmasıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam