Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Mahir Emreli:"Dinamo"nun bir hissəsi olmaq heyrətamizdir"

Mahir Emreli: Dinamonun bir hissəsi olmaq heyrətamizdir

"Buraya gələndə hamı mənə qarşı isti münasibət göstərdi və ilkin təəssüratlarım əladır".

Yenixeber.org: Bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun rəsmi televiziyasına müsahibəsində deyib.

25 yaşlı hücumçu komanda yoldaşları və baş məşqçi Jelko Kopiçlə tanış olduğunu bildirib: "Mənə söylədilər ki, nəyə ehtiyacım olsa, onlarla əlaqə saxlaya bilərəm. Burada tanıdıqlarım əla insanlardır. "Dinamo"ya keçdiyim üçün xoşbəxtəm. Həqiqətən də bu klubun bir hissəsi olmaq heyrətamizdir. Komandanın keyfiyyəti barədə danışmağa ehtiyac yoxdur, hər kəs bunu çox yaxşı bilir".

Forvard daha əvvəl Zaqreb təmsilçisinin bir neçə oyununu izlədiyini vurğulayıb: "İngiltərənin "Tottenhem" klubuna qarşı matç möhtəşəm idi. "Dinamo" göstərdi ki, rəqib top klub olsa da, müqavimət göstərmək mümkündür və hamı bu komandaya hörmət etməlidir".

Qeyd edək ki, Polşa "Legiya"sından ayrılan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam