Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Kamandan oxatma: İki təmsilçimiz uduzdu - CANLI YAYIM

 

"Xeberinfo.com":  Kamandan oxatma üzrə kişilər arasında fərdi 1/32 seçmə mərhələsində daha bir Azərbaycan təmsilçisi çıxış edib. Saat 14:26-da başlayan görüşdə oxatanımız Taras Senyuk Lüksemburq təmsilçisi Cef Henkels ilə yarışıb. 4 hissədə rəqibi ilə bərabər hesabda irəliləyən təmsilçimiz sonda Lüksemburq oxatanından 2 xal geriləyib. Görüş 6:4 C.Henkelsin qələbəsi ilə başa çatıb.

 

11:52

 

Tofiq Bəhramov adına Respublika Stadionunda kamandan oxatma üzrə 1/32 final mərhələsində kişilərin fərdi yarışı başlayıb. Azərbaycan təmsilçisi Aleksey Kopnin ilə Rusiya oxatanı Bair Tsybekdorzhiev qarşılaşıb. Yarışda 2 hissədə hesab bərabər olsa da, rusiyalı idmançı sonda 6:2 hesabı ilə qalib gəlib.

 

09:52

 

Bu gün Bakı 2015 İlk Avropa Oyunları çərçivəsində kişilər arasında kamandan oxatma üzrə yarışların 1/32 final görüşləri başlayıb.

 

Məlumata görə, Azərbaycanı bu yarışlarda Roman Vengerov, Taras Senyuk və Aleksey Kopnin təmsil edəcəklər.

 

İlk təmsilçimiz saat 11:36-da yarışa qatılacaq. Rusiyalı Bair Tsibekdorjiyevlə qarşılaşacaq Aleksey Kopnin reytinq mərhələsini 301 xalla 57-ci yerdə tamamlamışdı.

 

Reytinq mərhələsində 328 xalla 45-ci olan Taras Senyuk lüksemburqlu Ceff Henke llə üz-üzə gələcək. Rəqiblərin mübarizəsi saat 14:26-da başlayacaq.

 

314 xalla 50-ci olan Roman Vengerovun rəqibi isə fransalı Lukas Danieldir. Saat 15:44-də hədəf önünə keçəcək idmançılar qalibi müəyyənləşdirəcək.

 

Qeyd edək ki, 1/16 final mərhələsi iyunun 22-də keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam