Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Abşeronda polis əməliyyatı: "Həkim" ləqəbli şəxs tutuldu -FOTO

Abşeronda oğurluq hadisəsi baş verib.

Yenixeber.org: Hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.

Belə ki, Abşeron Rayon Polis İdaərsinin (RPİ) Mehdiabad Polis Bölməsinə (PB) Gigah qəsəbəsində həkim ambulatoriyasından oğurluq edilməsinə dair məlumat daxil olub.

Dərhal əməliyyat qrupu yaradılaraq hadisə yerində zəruri əməliyyat istintaq tədbirləri həyata keçirilib. Hadisənin üstü “isti izlər”lə açılıb və aparılan araşdırma zamanı məlum olub ki, oğurluğu Digah qəsəbə sakini 30 yaşlı Kazım Cavadov törədib.

Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Bildirib ki, o, övladlarını müayinə etdirmək üçün həmin ambulatoriyaya tez-tez gəlirmiş. Xüsusi alət və avadanlıqdan istifadə etməklə içəri pencərədən daxil olub.

K.Cəfərov həkim ambulatoriyasından bir ədəd noutbook, içərisində lazımi sənədlər olan fləş kart, hərarət, şəkər və təzyiq ölçən aparatlar, müxtəlif dərman peraparatları, spirt, həmçinin digər tibbi ləvazimatlar götürüb.

Daha əvvəl məhkumluq həyatı yaşayan K.Cavadov hətta özünə “Həkim” ləqəbi də verib. İxtisasca inşaatçı olan şəxs, həkim olmaq üçün tibbi ləvazimatları oğurladını deyir.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam