Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

27 saxta diplom aşkarlandı

 

Bu il magistraturaya və rezidenturaya sənəd vermiş 26000 nəfərdən 618-i TQDK tərəfindən heç yerə qəbul olunmayıb

"Xeberinfo.com":  Məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə saxta diplomlardan danışıb. 

“Abituriyent” jurnalının 12-ci sayının təqdimatında TQDK sədri bildirib ki, “Tələbə-məzun” Dövlət Elektron Məlumat Sisteminə 1992-2014-cü illər ərzində 2 milyon 460 min 557 şəxs haqqında məlumat daxil olub.


TQDK sədrinin sözlərinə görə, saxta diplomlar magistratura və ya diplomdan sonrakı digər qəbul imtahanlarda iştirak etmək üçün sənəd verildikdə aşkar olunub.

2014-cü il ərzində komissiyaya müxtəlif qurumlardan daxil olan sorğularda 4900 insan haqqında məlumat istənilib: “Onlardan 1500 nəfərin TQDK tərəfindən heç bir yerə qəbul olunmaması aşkar olunub. Bu il ərzində dövlət qulluğu və ona bərabər statuslu imtahanlarda iştirak etmiş 7800 şəxsdən 1200 nəfəri ali təhsil haqqında diplom təqdim etməsinə baxmayaraq, bizim tərəfimizdən heç yerə qəbul olunmayıblar. Bu il magistraturaya və rezidenturaya sənəd vermiş 26 min nəfərdən 618-i TQDK tərəfindən heç bir yerə qəbul olunmayıb. 

Onlar müxtəlif yollarla – daxili köçürmələr, bərpa, xaricdən köçürmələr vasitəsi ilə ali məktəblərdə təhsil alıblar. Buna əlavə şərh vermək istəmirəm. Amma onu da qeyd etmək istəyirəm ki, onların arasında 27 nəfərin saxta diplom təqdim etdiyi məlum olub. Onların diplomları Təhsil Nazirliyi tərəfindən verilməyib”.

PİA.AZ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam