Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Masallıda kişi həyat yoldaşını, qaynını və qayınanasını güllələdi -YENİLƏNİB

 

 

Masallı rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Yenixeber.org:  Bir müddət əvvəl həyat yoldaşından ayrılan rayonun Təzəkənd kənd sakini Sarvan Nəbiyev ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Aliməyə, qayınanası Zemfiraya və qaynı Alimə öv tüfəngindən atəş açıb. 

Hadisə nəticəsində S.Nəbiyevin keçmiş həyat yoldaşı və qaynı ölüb. Qayınanası isə yaralanıb. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bundan sonra qətli törədən S.Nəbiyev yardımçı tikilidə çənə nahiyəsindən özünə atəş açıb. 

Şahidlərin bildirdiyinə görə, hadisə qız tərəfinin oğlanın evinə cehizlərini götürmək üçün gələn zaman baş verib. 

Qeyd edək ki, boşanan gənc ailənin iki azyaşlı uşağı var. 

Faktla bağlı araşdırma aparılır.


***16:46

Masallı rayonunda qətl hadisəsi baş verib.

Hadisə Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəminində kişi həyat yoldaşını, qaynını və qayınanasını güllələyib. O daha sonra əlindəki silahla özünə atəş açıb.

Məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

Xatırladaq ki, ilk xəbəri baku.ws saytı yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam