Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bərdədə baş verən dəhşətli qətlin təfərrüatı- "Uşağı tapmırlar"

Gecə saat 00:02-yə kimi həmin uşağı axtardılar.

 

Yenixeber.org: Bərdədə əri tərəfindən 27 yaşlı qadının qətlə yetirilməsinin təfərrüatı məlum olub.

Rayonun Kətəlparaq kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, hadisə martın 1-də baş verib. Kənd sakini Rahilə Qarayevaya məxsus ev yanaraq külə dönüb:

“Rahilənin qızı Nəvat Qurbanova hadisə zamanı yanaraq ölüb. Rahilə isə ağır yanıq xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə yerinə FHN-nin əməkdaşları gəldi. Dedilər Nəvat Qurbanovanın uşağı yanında olub. Gecə saat 00:02-yə kimi həmin uşağı axtardılar, amma tapmadılar. Nəvat İmişli rayonuna gəlin köçüb. Onun bir uşağı var, Elçindən ayrılandan sonra atası evində yaşayır. Elçini kənddə görən olmayıb”.

Bərdə rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Rahilə Qurbanovanın səhhəti kafidir: “Xəstə bütün müayinələrdən keçirilib. Hazırda reanimasiyadadır. Hadisə ilə bağlı ancaq hüquq-mühafizə orqanları məlumat verə bilər”.

Qeyd edək ki, Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib. Ər 27 yaşlı həyat yoldaşını qətlə yetirib, qayınanasını isə balta ilə yaralayıb.

Bundan ürəyi soyumayan ər evə od vuraraq, 6 yaşlı övladını götürüb hadisə yerindən uzaqlaşıb.

Son anda verilən məlumata görə, Bərdə rayonunun Kətəlparaq kəndində həyat yoldaşını balta ilə öldürüb, qayınanasına ağır xəsarət yetirən İmişli rayon sakini, 1988-ci il təvəllüdlü Qurbanov Elçin Nazim oğlu hadisədən sonra rayon Polis Şöbəsinə gedərək təslim olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam