Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Zabitin qanını kimlər batırır?

 

Bir müddət öncə müəmmalı şəkildə dünyasını dəyişən Azərbaycan Ordusunun zabiti Xalid Şirəliyevin anası Zahirə Şirəliyeva yenidən ölkə başçısı İlham Əliyevə və millət vəkili Mehriban Əliyevaya müraciət ünvanlayıb. 

"Xeberinfo.com":  Məlumata görə, o, müraciətində bildirib ki, hansısa qüvvələr cinayətin obyektiv arşadırılmasına mane olur, oğlunun qanını batırmaq istəyirlər. 

Arqument.Az-a daxil olan həmin müraciəti olduğu kimi təqdim edirik:

"Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Bir müddət öncə oğlum Şirəliyev Xalidin döyülərək vəhşicəsinə öldürülməsi ilə bağlı Sizə müraciət etmişdim. Bildirmişdim ki, oğlum – Azərbaycan Ordusunun zabiti Xalid Şirəliyevi Biləcəridəki Hərbi Polisə təhvil verdikdən 4 gün sonra onun öldürülməsi xəbərini aldım. Bədənində döyülərək öldürülməsini təsdiq edən xəsarətlər də var idi. Təəssüflər olsun ki, bəzi qüvvələr bu cür ağır cinayət  hadisəsini başqa istiqamətə yönəldir, faktları ört-basdır etməyə çalışırlar. Onlar bütün imkanlardan maksimum istifadə edirlər ki, oğlumun qanını batırsınlar. Ona görə də hadisə qanuni şəkildə araşdırılmır.

Bir daha məlumat üçün bildirim ki, oğlum Şirəliyev Xalid Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edirdi. O, vətənini və dövlətini sevən zabit idi. Təxminən iyul-avqust aylarında hərbi hissədə baş vermiş hansısa bir hadisə nəticəsində ciddi həyəcan keçirmişdi. Sonra bizə bildirdilər ki, o, həyəcan keçirdiyi üçün sarılıq xəstəliyinə tutulub. Bundan sonra onu müainə və müalicə olunmaq üçün Gəncədəki hərbi hospitala göndərdilər. Orada olduğu müddətdə lazımi səviyyədə müalicə olunmamışdı. Ona görə də bir müddət sonra müalicəsini davam etdimək üçün Bakıdakı Mərkəzi Kliniki Hərbi Hospitala (Papanin) göndərdilər. Beləliklə, oğlum iki hərbi hospital və hərbi hissə arasında get-gəldə idi. Oğlum müalicədə olduğu vaxt zəng edib dedilər ki, ona fərarilik barədə cinayət işi açılıb. Mən oğlumu və müalicə olunduğunu təsdiqləyən sənədləri götürüb Biləcəridə yerləşən Hərbi Polisə getdim.Özünü Hərbi Polisin rəisi kimi təqdim edən polkovnik-leytenant Feyzi Hüseynovla görüşdüm. O, sənədləri gördükdən sonra bildirdi ki, narahat olmayın, heç bir problem olmayacaq. O həmçinin dedi ki, Xalidi yenidən həkim yoxlamasından keçirib hərbi hissəyə göndərəcəklər. Mən də oğlumu Hərbi Polisə təhvil verərək evə qayıtdım. Ancaq 4 gündən sonra onun ölüm xəbərini aldım. Onu da qeyd edim ki, oğlum dəfələrlə orduya getmək üçün Müdafiə Nazirliyinə müraciət etmişdi. Bunu sübut edən rəsmi məktublar, müraciətlər var. Onun bu sahəyə marağı olduğu halda necə ola bilərdi ki, fərarilik etsin?!

Cənab Prezident, inanıram ki, bu hadisəni nəzarətinizə götürüb oğlumun faciəli şəkildə öldürülməsində günahkar olan şəxslərin cəzalandırılmasına göstəriş verəcəksininiz.

Hörmətli Mehriban xanım, ümid edirəm ki, bir millət vəkili olaraq bu məsələni nəzarətinizə götürüb obyektiv və ədalətli araşdırılmasına yardım edəcək, oğlumun qanunın batırılmasına imkan verməyəcəksiniz. Oğlunu faciəli şəkildə itirmiş bir zabit anası olaraq bunu Sizdən xahiş edirəm. 

Ürək yanğısı ilə Masallı rayon Ərkivan qəsəbəsinin sakini Şirliyeva Zahirə Ələsgər qızından

25 yanvar, 2015-ci il 

Telefon: (051) 847 80 59


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam