Redaktor seçimi
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
Günün xəbəri

Bir qrup Ceyranbatan sakini xanım Mehriban Əliyevaya müraciət etdi

 

 

   “Xeberinfo.com”: Redaksiyamızın elektron ünvanına Abşeron rayonu Ceyranbatan qəsəbəsi Yeni Məhəllənin bir qrup sakininin Azərbaycan Respublikası Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, millət vəkili xanım Mehriban Əliyevaya ünvanladığı məkrubun surəti daxil olub. Müraciətdə qəsəbə sakinləri 2 saylı məktəbin problemlərindən bəhs edir və bu problemlərin həllində Mehriban xanımdan kömək istəyirlər. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik. 

 

   Hörmətli Mehriban xanım,

 

     Biz-Abşeron rayonu Ceyranbatan qəsəbəsi Yeni Məhəllənin sakinləri-bütün seçkilərdə ümümmilli liderimizin davamçısı cənab prezident İlham Əliyevin rəhbərlik etdiyi siyasi hakimiyyətin namizədinə səs vermişik. Cənab prezidentin, eləcə də Sizin fəaliyyətinizi yüksək qiymətləndirmiş, ölkəmizin sabahına daha da ümüdlə baxmışıq. Xüsusi ilə Sizin sosial və təhsil sahəsindəki ardıcıl və yorulmaz fəaliyyətiniz bütün ölkə ictimaiyyəti kimi bizi də ruhlandırır. Elə bu səbəbdən də qarşılaşdığımız problemin həllində Sizdən kömək umuruq.

Hörmətli Mehriban xanım, bizim problemimiz təhsillə, məktəbimizdəki vacib sayılan çatışmamazlıqlarla bağlıdır. Ceyranbatan qəsəbəsinin demək olar ki, yarısını təşkil edən bizim yaşayış massivində bir-2 saylı orta ümümtəhsil-məktəb var. 11 (onbir) sinif otağından ibarət iki mərtəbəli bir korpusdan ibarət məktəbdə 550 (beşyüzəlli) uşaq təhsil almaq məcburiyyətindədir. Uşaqların sayının ilbəil artması ilə problemin ciddiliyi də artır. Bu səbəbdən də siniflərdə uşaqların sayı məlum normadan çox, tədris qrafiki isə daha da sıx olur. Bu isə təbii olaraq birbaşa tədrisin səviyyəsinə kəskin şəkildə mənfi təsir edir. Təəssüf ki, bizlər də valideyin olaraq buna açıq şəkildə şahidlik edirik.  

Məktəbdə idman zalından, futbol meydançasından isə danışmağa dəyməz. Cənab prezidentin idmana bunca qayğısının qarışılığında bizim uşaqlar idman dərslərinin tədrisindən belə məhrum olublar. Cənab prezidentin, Sizin təhsilə və idmana yüksək qayğınıza baxmayaraq Bakıətrafı qəsəbədə-Ceyranbatan qəsəbəsi 2 saylı orta məktəbdə-intellektli və yetkin nəslin yetişməsində ciddi problemlər var.

    Yeni tədris korpusunun və idman zalının tikilməsi üçün məktəbin ərazisində lazımı qədər torpaq sahəsi də var. Nədənsə məsul şəxslər, müvafiq vəzifə sahibləri bu imkana baxmayaraq lazımı addımları atmaqda maraqlı görünmürlər. Hətta gəzən söhbətlərə görə məktəbin ərazisini yaxın vaxtlarda kimlərəsə satmağı da planlaşdırırlar.

 

    Hörmətli Mehriban xanım, bizim ümüdümüz Sizədir. Xahiş edirik ki, bizim uşaqların təhsil probleminin həllinə, məktəbimizin müasir standartlara uyğun təminatına kömək edəsiniz.

 

  

 

  

 

   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam