Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq icra başçısı: “Bunu prezidentdən özüm xahiş etmişdim...”

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və vəzifəsindən azad edilən yeganə icra başçısı olub ki, onun hansısa digər vəzifəyə təyinatı baş verməyib.

"Xeberinfo.com":   Məlumata görə, sabiq icra başçısı unikal.org-a bu barədə qısa açıqlama verib. Həmin açıqlamanı təqdim edirik:

- Nəsib müəllim, prezidentin məlum sərəncamı ilə siz tutduğunuz vəzifədən azad olundunuz və sizinlə bağlı yeni təyinatın şahidi olmadıq. Bunu gözləyirdimizmi?

– Bəli, gözləyirdim.

- Sizdə belə bir məlumat haradan idi ki, siz vəzifədən azad olunacaqsınız? Axı, bu birbaşa ölkə prezidentinin səlahiyyətində olan məsələdir…

-Bilirsinizmi, mən hələ bir müddət öncə ölkə prezidenti, cənab İlham Əliyevə müraciət etmişdim ki, məni tutduğum vəzifədən azad etsin. Bu baxımdan məlum sərəncam mənim üçün gözlənilıməz deyildi.

- Maraqlıdır, sizi belə bir müraciəti etməyə vadar edən səbəblər nə idi? Yəni, siz hansı səbəbdən Nəsimi rayon icra hakimiyyətinin başçısı postundan getmək istəyirdiniz?

– Bilirsinizmi, bunun da öz səbəbi var. Mən artıq Milli Məclisdə təmsil olunmaq istəyirəm və qarşıdan gələn parlament seçkilərinə YAP- in namiziədi kimi qatılmaq niyyətindəyəm. Mən hələ 2000-ci ildə Balakənə icra başçısı təyin olunanda, deputat olmaq istəmişəm, amma bəzi səbəblərdən bu alınmayıb

- Sirr deyilsə, deputatlığa namizədliyinizi hansı seçki dairəsindən irəli sürmək niyyətindəsiniz?

– Burada heç bir sirr yoxdur, namizədliyimi Balakən rayonundan irəli sürməyi düşünürəm.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam