Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Eks-deputatın oğlunun əmlakı müsadirə olundu

 

Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, eks millət vəkili Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verərək müxalifətə keçdiyini bəyan edən oğlu Rüfət Səfərovun mənzilində axtarış aparılıb, əmlakı müsadirə edilib.

Xeberinfo.com:   Bu barədə Eldar Sabiroğlu məlumat verib.

Eldar Sabiroğlu ölkə başçısına bir daha müraciət edib: “Bir neçə dəqiqə əvvəl oğlum Rüfət mənə zəng edərək bildirdi ki, ata, yoxlama komissiyası gəlib və mənim əmlakımı, kompüterimi, telefonlarımı müsadirə ediblər. Qarşılığında sənəd tələb etsəm də heç bir sənəd göstərmədilər və hesab edirəm ki, bu da qeyri-qanunidir. İndi xəbər aldım ki, prokurorluq işçiləri Zərdabda kirayədə qaldığım mənzilə axtarışa gedir.

Mən anlaya bilmirəm, oğlum hansı cinayəti törədib ki, ona bu formada münasibət göstərilir. Mən onun tutduğu yol haqqında öz fikrimi bildirmişdim. Tutduğu yolun cavabı olaraq da onu prokurorluq orqanlarından xaric etdilər. Belə etməklə başqa hansı məqsədləri güdürlər? Həbs etməkmi istəyirlər? Buyursunlar, onu da etsinlər. Ancaq yenə təkrar soruşuram, oğlum hansı ağır cinayəti törədib? Bəlkə dövlət çevrilişinə cəhd edib və ya hansısa silahlı münaqişə törədib?

Cənab prezident, sizdən xahiş edirəm, bu qeyri-qanuni işləri törədənlərin qarşısı alınsın. Mən övladım Rüfətin seçdiyi yolu bəyənmirəm və bir daha təkrar edirəm ki, o, düzgün yolla getmədi. Ancaq indi nə baş verib ki, sanki oğlumu həbs etmək istəyirlər. Bəlkə başqa cinayətləri var, biz bilmirik? Mümkündür ki, onun müsadirə edilmiş telefonlarına, kompüterinə nəsə köçürsünlər və elə onunla bağlı da oğlumu mühakimə etsinlər. Oğlumun mənimlə danışmasına imkan vermədilər, telefonu əlindən alıb danışığımızı yarıda qoydular”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam