Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Neftin ucuzlaşması ölkəmiz üçün böhranlı həddə çatıb

 

İlham Şaban: “Büdcədə neft gəlirlərinin payı indikindən iki dəfə aşağı düşməlidir ki, neftin qiymətinin dəyişməsi büdcə üçün kritik hədd yaratmasın”
 
Qubad İbadoğlu: “Neftin hazırki qiyməti Azərbaycan üçün artıq kritik hədd deməkdir”
"Xeberinfo.com":  Məlumata görə, dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Bu ucuzlaşmanın neft istehsalçısı olan ölkələrin, o cümlədən, Azərbaycanın gəlirlərinə vurduğu zərbə artıq milyardlarla dollar həcmində hesablanır.
 
Bəs, görəsən, neftin hansı həddə qədər ucuzlaşması ölkə üçün kritik səviyyə sayılır? Azərbaycanda və digər ölkələrdə neftin bir barrelinin maya dəyəri neçəyə baş gəlir?
İlham Şaban
 
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban musavat.com-a açıqlamasında bildirib ki, artıq neftin qiyməti Azərbaycan üçün kritik sayılacaq həddə çatıb: “Azərbaycan neftinin istehsalı və nəqliyyat xərcləri orta hesabla bir barrel üçün 16 dollara başa gəlir. Dövlət Neft Şirkətinin (ARDNŞ) neft hasilatı azalıb, Azərbaycanın ümumi neft ixracı 32 milyon tondur. Bu baxımdan, bizim üçün kritik hədd 13 dollardır. Çünki neftin istehsalı, daşınması, tankerlərə yüklənməsi və sair birlikdə bir barrelin maya dəyəri 13 dollar edir.
 
Əgər vəziyyət bu həddə çatsa, Dövlət Neft Şirkəti neft ixrac etməz, sadəcə, emal edər. Çünki ARDNŞ neft ixracından asılı şirkət deyil. Bu şirkət istehsal etdiyi nefti benzin və dizel şəklində daxili bazara da çıxara bilər. ARDNŞ üçün neft ixracını dayandırmaq kritik hədd deyil”.  
Dövlət büdcəsi üçün neftin ucuzlaşmasının kritik həddinə gəlincə, İlham Şaban qeyd etdi ki, Azərbaycan büdcəsinin 65 faizi neftdən formalaşır və bu səbəbdən də ölkəmiz üçün istənilən rəqəm kritik sayılır: “İstər neftin qiyməti yüksək olsun, istərsə də aşağı, bu, Azərbaycan üçün kritik hədd hesab olunur. Çünki dövlət büdcəsi diversifikasiya olunmayıb. Neft hasilatının azalmasını da nəzərə alsaq, büdcədə neft gəlirlərinin həcmi 33 faizdən artıq olmamalı idi. Deməli, büdcədə neft gəlirlərinin payı indi olduğundan iki dəfə aşağı düşməlidir ki, neftin qiymətinin dəyişməsi büdcə üçün kritik hədd yaratmasın”. 
İqtisadçı ekspert bildirdi ki, hökumətin neft pullarını öz gəlirləri kimi təqdim etməsi düzgün deyil: “Neftin qiyməti azalırsa, deməli, Neft Fonduna gələn vəsaitlər də azalır. 2014-cü ildə Azərbaycan neftinin orta ixrac qiyməti 100 dollar olub. Bu qiymətlə Neft Fonduna gələn vəsait 14,8 milyard dollara yaxın olub. İndi elə hesab edək ki, 2015-ci ildə neftin orta qiyməti 60 dollar olacaq, bu zaman Neft Fonduna gələn vəsait 9 milyard dollara çatacaq. Gəlirlər təxminən 5,5  milyard dollar azalacaq. Bizim problemimiz dövlət büdcəsi deyil. Əsas problem Neft Fondudur ki, büdcə gəlirlərinin yarıdan çoxu buradan formalaşır. Hökumətin ən böyük səhvi odur ki, dövlət büdcəsini formalaşdırarkən Neft Fondundan edilən transferləri büdcə gəliri adlandırır. Əslində isə bu, gəlir yox, kəsir deməkdir. İndi dövlət büdcəsinin kəsiri 1,7 milyard manat deyil, 1,7 milyard manat üstəgəl büdcənin 53 faizi deməkdir. Əksər ölkələrdə bu cür suveren fondlar var və bu fondlar büdcə kəsirinin örtülməsinə sərf edilir. Ancaq o zaman hökumətin iqtisadi siyasətinin nəticələrini aydın görmək olur. Yəni insanlar görür ki, hökumət işləyir, ya yox... Bizdə isə dövlət rəsmiləri Neft Fondundan ayrılan vəsaitləri hökumətin gəlirləri adlandırırlar. Bu, hökumətin gəliri deyil”. 
 
Qubad İbadoğlu
İqtisadçı ekspert Qubad İbadoğlu da bildirdi ki, BP üçün bir barrel neftin maya dəyəri 12 dollara, ARDNŞ üçün isə, təxminən 20 dollara başa gəlir: “Buraya həm istehsal, həm  də daşınma xərcləri daxildir. ARDNŞ-in istehsal etdiyi neft baha başa gəlir. Çünki ARDNŞ-da neft uzun müddət istismar olumuş quyulardan çıxarılır. Quruda yerləşən quyuların xərci daha çox olur. Bu baxımdan, Dövlət Neft Şirkətinin çıxartdığı neftin qimyətinin baha olmasının həm obyektiv, həm də subyektiv səbəbləri var. Xarici ölkələr üçün neftin bir barrelinin maya dəyəri fəqrli rəqəmlərlə ifadə olunur. Ərəb ölkələrində istehsal olunan neftin maya dəyəri 2-3 dollardır. Azərbaycan neftinin nəql xərcləri də çoxdur. Təkcə, neftin  Bakı-Tiblisi-Ceyhan kəməri ilə nəql olunmasının bir barreli üçün çəkilən xərc 6 dollardır”. 
Ekspert onu da vurğuladı ki, neftin hazırki qiyməti artıq Azərbaycan üçün kritik hədd deməkdir: “Neftin bir barrelinin orta qiymətini 40 dollardan hesablasaq, bu, il ərzində neft gəlirlərinin 9 milyard manat azalması deməkdir”.
 
Qeyd edək ki, dünya ölkələrində istehsal olunan neftin bir barrelinin maya dəyəri orta hesabla 6 dollara başa gəlir. Hasilatının ən ucuz başa gəldiyi ölkələr isə ərəb dövlətləridir. 
Bəs, görəsən neftin ucuzlaşması hansı ölkəyə necə təsir edir? Neft istehsal edən və idxal edən ölkələrin iqtisadiyyatına bu prosesdən nə qədər pay düşür?
Qeyd edək ki, neftdən asılı olan bir ölkə kimi, Rusiyanın böhranla üzləşməməsi üçün neftin bir barrelinin qiyməti 100 dollardan aşağı düşməməli idi. Hazırda bu qiymətin 45 dollar olduğunu nəzərə alsaq, Rusiyanın nə qədər maliyyə itkisinə məruz qaldığını hesablamaq mümkündür. 
Ən böyük neft istehsalçısı və OPEK üzvü olan Səıudiyyə Ərəbistanı da neftin ucuzlaşması səbəbindən itkiyə məruz qalır. Ancaq Rusiyadan fərqli olaraq, bu ölkə maddi baxımdan daha güclüdür. Və  zaman-zaman yığdığı neft pulları hesabına böhran vəziyyətindən çıxmağa qadirdir. 
 
Ancaq Səudiyyə Ərəbistanında da bu il büdcənin kəsirlə qapadılmaması üçün dünya bazarında neftin qiyməti 99 dollardan aşağı enməməli idi. 
İran neftin ucuzlaşmasından ən çox ziyan çəkən ölkələr arasında birinci yerdədir. Tehranın təqdim etdiyi dövlət büdcəsinin bu ildən “üzüağ” çıxa bilməsi üçün dünya bazarında neftin qiyməti 125 dollar olmalı idi. Yəni, neftin 45-50 dollardan hesablandığı hər gün İrana böyük maddi zərbə deməkdir. 
Avropa ölkələrinin demək olar ki, hamısının enerji istehsalçısı yox, istehlakçısı olduqlarını nəzərə alsaq, neft qiymətlərinin düşməsi bu ölkələri “xoşbəxtlik göz yaşları”nda boğdu. Avropa dövlətləri büdcələrində neftin qiymətini daha yüksək hesabladığından hər bir sentlik ucuzlaşmanı yüksək sevinclə qarşılayırlar.
Venesuela da önəmli bir neft istehsalçısıdır. Ancaq neftdən gələn vəsaitlərin düzgün idarə olunmaması nəticəsində ağır iqtisadi problemlərlə baş-başadır. 50 faiz inflyasiya ilə 2015-ci ilə başlayan bu ölkə neftin qiymətlərinin ucuzlaşması ilə daha çətin vəziyyətə düşüb. Venesuelanın bu problemdən xilas olması üçün neftin bir barrelinin indikindən dəfələrlə baha satılması lazımdır.
Çin dünyanın ən çox neft idxal edən ölkəsidir. Bu ölkənin iqtisadi vəziyyəti istənilən qiymətə enerji daşıyıcılarını almağa kifayət edir. Ancaq Çin istehlak iqtisadiyyatına keçdiyi üçün daha az neft idxal edir və bunu getdikcə azaldır. Bu isə, qlobal enerji bazarında böyük dəyişikliyə gətirib, çıxara bilər. 
Türkiyə enerji ehtiyacını xaricdən idxal hesabına ödədiyi üçün neftin ucuzlaşmasına sevinən ölkələr sırasında yer alır. Bu vəziyyətin sadəcə, bir il davam etməsi Ankaranın büdcəsinə 16 milyard dollar pul qazandıra bilər. Bu səbəbdən də, neft nə qədər ucuzlaşsa, Türkiyə üçün bir o qədər sərfəlidir. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam