Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Dmitri Peskov: "Kreml qəza enişi edən “A321” təyyarəsinin pilotlarını qəhrəman hesab edir"

Rəsmi Kreml Moskva vilayətində qarğıdalı sahəsində qəza enişi edən “A321” təyyarəsinin pilotlarını qəhrəman hesab edir.

 Yenixeber.org: Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Təyyarənin sərnişinləri və ekipaj üzvləri sağ qalıblar, xəsarət alanlara tezliklə sağalmağı arzu edir və qəhrəman pilotları təbrik edirik”, – D. Peskov bildirib.

Prezidentin mətbut katibi həmçinin bildirib ki, pilotların təltif edilməsi üçün sənədlərin qəbulundan sonra işlər qısa müddət ərzində yerinə yetiriləcək. D. Peskov pilotların mütləq mükafatlandırılacağını da sözlərinə əlavə edib.

Qeyd edək ki, bu gün Moskva vilayətinin Jukovski hava limanından Simferopola uçan “Ural” hava yollarına məxsus “Aerobus A321” təyyarəsi Moskva vilayətində qarğıdalı sahəsinə enməli olub. Qəza enişi təyyarə havaya qalxarkən quş dəstəsinin mühərriklərə çırpılması səbəbindən baş verib. Nəticədə hər iki mühərrik dayanıb, mühərriklərdən biri isə alışıb. Bununla belə pilotlar təyyarəni qarğıdalı sahəsinə endirə biliblər. Sərt eniş nəticəsində 23 nəfər, o cümlədən bir hamilə qadın və 9 uşaq müxtəlif xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Ümumilikdə təyyarənin göyərtəsində 234 nəfər olub. Onlardan 7 nəfəri ekipaj üzvüdür. Təyyarədəkilərin hamısı təxliyə olunub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam