Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Silah Ticarəti üzrə Beynəlxalq Müqavilə qüvvəyə minib

 

Silah Ticarəti üzrə Beynəlxalq Müqavilə (Arms Trade Treaty) rəsmi olaraq qüvvəyə minib.

"Xeberinfo.com":  APA-nın “Al Jazeera”yə istinadən yaydığı məlumata görə, bütün dünyada adi silahların ticarətinə nəzarətlə bağlı olan bu sənəd 2013-cü il aprelin 2-də BMT Baş Assambleyasında qəbul olunub. Sənədin lehinə 154, əleyhinə 3 dövlət (İraq, Şimali Koreya və Suriya) səs verib. Daha 23 dövlət, o cümlədən Rusiya, Belarus, Boliviya, Venesuela, Çin və Kuba bitərəf qalıblar.

Müqavilənin mahiyyəti dünyada qanunsuz silah ticarətinin qarşısını almaq və silah satışı ilə bağlı sanksiya tətbiq olunan dövlətlərin üçüncü dövlətdən və ya hər hansı digər vasitələrlə silah əldə etməsini əngəlləməkdir. Sazişin təsir dairəsinə tank, zirehli maşınlar, artilleriya qurğuları, döyüş təyyarələri və hərbi helikopterlər, gəmilər, raket sistemləri, eləcə də yüngül atıcı silahlar – pulemyot, tapança və döyüş tüfəngləri aiddir.

Bu sənədin qüvvəyə minməsindən sonra hazırda illik dövriyyəsi 100 milyard dolları keçən silah ticarətinin həcminin kəskin şəkildə azalacağına və terrorçu qrupların silahlanmasının qarşısının alınacağına ümid bəslənir.

Lakin sənədin tənqidə məruz qalan cəhətlərindən biri odur ki, burda qanunsuz silah ticarətinin qarşısının alınması üçün konkret mexanizm yoxdur və bu işin necə həyata keçirilməsi yenə də dövlətlərin öz məsuliyyətlərindən asılıdır. Bununla belə, sözügedən sənəd öz miqyasına və məzmununa görə silah ticarətinə dair ilk qlobal sənəd hesab olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam