Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Qardaş 2 bacısını niyə doğradı?- DƏHŞƏTLİ TƏFƏRRÜAT

Bakıda həbsxanadan çıxan qardaş 2 bacısını niyə doğradı? - DƏHŞƏTLİ TƏFƏRRÜAT

Ötən gecə Bakı şəhər Xəzər rayonunda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.

Yenixeber.org: Məlumata görə, Buzovna qəsəbəsi, Nəriman Əliyev küçəsində 2 bacısını bıçaqlayan 1976-ci il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlu bu ilin yanvar ayında həbsxanadan çıxıbmış. O, 2007-ci ildə qətl törətdiyi üçün həbs edilib və 12 illik məhkumluq həyatından sonra 3 ay əvvəl azadlığa çıxıb.

Qətlin baş vermə səbəbinə gəlincə, məlum olub ki, Muxtar Əlimanov bacıları ilə birlikdə ümumi həyətdə yaşayıb. O, son vaxtlar mütəmadi olaraq torpaq-mülk bölgüsü ilə bağlı bacıları ilə mübahisə edirmiş. Nəhayət dünən sərxoş vəziyyətdə olan Muxtar evdə bacısı 1964-cü il təvəllüdlü Əlimanova Səadət Şirbala qızı ilə yenidən dalaşıb. Bu zaman bacısına çoxsaylı xəsarət yetirən M.Əlimanovun ürəyi soyumayıb və 2 ədəd şüşə balonla onun sifət nahiyəsinə ağır zərbələr endirib. Hadisə yerində ölən qadının sifəti tanınmaz hala düşüb. Spirtli içkinin təsiri altında qanlı cinayət törətmiş Muxtar Əlimanov daha sonra digər bacısı 1962-ci il təvəllüdlü Məlahət Əlimanovaya da bir neçə bıçaq zərbəsi endirib. 57 yaşlı qadın ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

M.Əlimanov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (Publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam