Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Daşkəsəndə oğulun ata-anasını baltalamasının təfərrüatları məlum olub -YENİLƏNİB

 

 

 Daşkəsəndə oğulun ata-anasını baltalamasının bəzi təfərrüatları məlum olub.

Yenixeber.org: Məlumata görə, rayonun Qabaqtəpə kəndində yaşayan 1944-cü il təvəllüdlü İlyas Həmzə oğlu Bağırov və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Tamara Mövsüm qızı Bağırova axşam saatlarında onlarla birgə yaşayan oğulları Firdovsi İlyas oğlu Bağırov tərəfindən balta ilə ağır dərəcəli bədən xəsarətləri alıblar. O, anasının başına balta ilə bir neçə zərbə endirib, atasına isə küt alətlə zərbələr endirərək baş və üz nahiyəsinə ciddi xəsarətlər yetirib.

Hadisə zamanı F.Bağırovun sərxoş olduğu bildirilir. Narkotik maddə istifadəçisi olduğu üçün bir neçə il məhkumluq həyatı yaşayan F.Bağırov bir müddət əvvəl həbsdən çıxıb və həyat yoldaşından ayrılaraq, ata-anasının yanında qalıb.

Onun bundan əvvəl də valideynləri ilə ailədaxili münaqişəsinin olduğu bildirilir. Hadisə zamanı ailənin yaxınlıqda olan digər ovladı səs-küyə gəlib və ata-anasını avtomobilə mindirərək Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Reanimasiya şöbəsində müalicəsi davam edən ər-arvadın vəziyyəti ağırdır.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

 


***21:35

Daşkəsəndə həbsdən çıxan oğul ata və anasını baltalayıb.

Məlumata görə, rayonun Qabaqtəpə kəndində yaşayan, 1944-cü il təvəllüdlü İlyas Həmzə oğlu Bağırov və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Tamara Mövsüm qızı Bağırova öz oğlu, Firdovsi İlyas oğlu Bağırov tərəfindən baltalanıblar. Hər iki şəxs baş və üz nahiyələrindən çoxsaylı ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam edən ər və arvadın vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, F.Bağırov həbsxanadan yenicə çıxıb. Hadisənin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam