Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Radiasiya və kimyəvi silahla qətl:"bu işi ən yaxşı Rusiya və Şimali Koreya bacarır"

 

Şimali Koreyanın lideri Kim Çen Inın atabir qardaşı Kim Çen Namın Malayziya hava limanında neyrotoksin təsirə malik maddə ilə zəhərlənməsinin doğurduğu skandal uzun müddət hafizələrdən silinməyəcək.

Yenixeber.org:   Fransanın “Le Figaro” qəzetinin yazarı Ann-Lor Fremona görə, casus romanlarını xatırladan bu qətl metodu çox az ölkədə istifadə olunur.

“Kim Çen Namın ölümü yəqin ki, çox ağrılı və əziyyətli olub. Onu Kuala-Lumpur hava limanında VX tipli neyrotoksin təsirə malik maddəni iynə ilə boğazına batıraraq öldürüblər. VX dünyada sarin qazından daha təhlükəli maddə hesab olunur və BMT tərəfindən kütləvi qırğın silahı kimi tanınıb. Bazar ertəsi Seul hökuməti bu qətldə rəsmən Şimali Koreya kəşfiyyat xidmətini və xarici işlər nazirliyini günahlandırıb”, - məqalədə qeyd olunur.

Qeyd edək ki, fevralın 28-də Seul hökuməti Pxenyanın BMT-dəki üzvlüyünün dayandırılmasına çağırıb.

“Bizim məlumatlara görə, KXDR-də bu kimyəvi silahdan qramla deyil, tonlarla mövcuddur və bu maddələrin saxlandığı anbarlar ölkənin hər yerinə səpələnib”, - Cənubi Koreya Respublikasının xarici işlər naziri Yun Byonse bəyan edib

“Le Figaro”dakı məqalədə Kim Çen Namın nümunəsində avtoritarizmin hökm sürdüyü ölkələrdəki hakim rejimlərin müxalifət nümayəndələrinə qarşı belə bir metoddan tez-tez istifadə etdiyi vurğulanır.

Bunun ən sonuncu örnəklərindən biri də rusiyalı casus-mühacir Aleksandr Litvinenkonun radioaktiv maddə ilə zəhərlənməsi hadisəsidir. 43 yaşlı Litvinenko radioaktiv poloniumdan zəhərlənmiş və London xəstəxanasında ölmüşdü. Şahidlərin dediyinə görə, hadisədən 3 həftə öncə o, rusiyalı kəşfiyyat agentlərindən biri ilə kafedə çay içirmiş.

Fransa Müdafiə nazilriyinin xarici təhlükəsizlik baş idarəsinin (DGSE) kəşfiyyat xidmətinin keçmiş rəisi Alen Şue bu tip qətllərin yalnız Rusiya və Şimali Koreya kimi ölkələrdə tətbiq olunduğunu bildirib.

Lakin indi eyni qətl şübhəsi Rusiya diplomatlarının başı üzərində dolanır.

“İndependent” qəzeti keçən həftə iş yerində qəfil ürəktutmadan keçinən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin son iki ayda iş yerində canını tapşıran 6-cı rus diplomatı olduğuna diqqət çəkib.

“64 yaşlı Vitali Çurkin işə gedərkən özünü pis hiss edib və onu təcili surətdə xəstəxanaya aparmalı olublar. Çurkinin ölümünü araşdıran ekspertlər əvvəlcə onun ürək tutmasından vəfat etdiyini söyləsələr də indi əlavə ekspertizaya ehtiyac yarandığını deyirlər. Ekspertlərdən biri isə Çurkinin cəsədində toksikoloji ekspertizanın aparılmasının vacib olduğunu bildirib”, - məqalədə qeyd olunur.

ABŞ-ın Axios mediya qurumu Çurkinin ölümünün yanvarın 2-də vəfat edən Aleksandr Kadakinin (Rusiyanın Hindistandakı səfiri), noyabrın 8-də, yəni ABŞ-da prezident seçkisi günü vəfat edən Sergey Krivovun ( Rusiyanın Nyu-Yorkdakı diplomatı), Rusiyanın Afinadakı konsulu Andrey Malaninin (27 yanvar) ölümünə çox bənzədiyini yazıb.

Krivovun vəzifəsinin nədən ibarət olduğu bilinmir. Bəzilərinin fikrincə, o, konsulluğun ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən dinlənilməsinə qarşı müdafiə sisteminin qurulmasına məsul imiş.

İndependent qəzetinin yazarı Şarlotta İnqland iki rus diplomatının da zorakılıqla öldürüldüyünü xatırladıb. Bunlar Rusiyanın

Türkiyədəki səfiri Andrey Karlov və onunla eyni gündə Moskvadakı mənzilində güllələnən, Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası ölkələri üzrə departamentin baş məsləhətçisi Pyotr Polşikovdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam