Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Gördük ki, hər yer dağıdılıb” – “Qanun”dan oğurluq

sahbaz x

“Qanun” nəşriyyat evinə oğru girib.

Xeberinfo.com:  Məlumata görə, bu barədə “Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu şəxsi “Facebook” səhifəsində məlumat verib.

Ş.Xuduoğlunun verdiyi məlumata görə, oğrular nəşriyyat evinə daxil olaraq hər yeri dağıdıblar: “Biz gələndə gördük ki, hər yer dağıdılıb, şkaflar ələk-vələk edilib. Mühasibatlığın qıfılını sındırmışdılar. Ən üst mərtəbənin banından tavan dağıdılmış, “Əli və Nino”nun seyfi yarılmışdı. Eyni mərtəbədə olan başqa bir otağın əşyaları dağıdılmışdı. Daha bir qapıya lom salınmışdı. Bir sözlə, nəşriyyatın binasını gecə uzunu yaxşıca yağmalamışdılar”.

Ş.Xuduoğlunun bildirdiyinə görə, hadisə yerinə gələn polis əməkdaşlarının əməliyyat axtarış tədbirləri nəticəsində kassadan 3 mindən çox, “Əli və Nino”dan isə 213 manat 20 qəpik oğurlandığı ortaya çıxıb: “Kameralara baxış keçirilib, iki maskalı şəxsin görüntüsü artıq bəllidir”.

Faktla bağlı araşdırma davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam