Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gədəbəydə intihar: Məktəb direktoru özünü asdı

Gədəbəydə məktəb direktoru özünü asdı

 

Fəxrəddin Əliyevin intiharına təhsil şöbəsinin müdiri Baxış Nağıyevin adı qarışıb 

 

Xeberinfo.com:  Gədəbəydə intihar faktı qeydə alınıb. Özünü asan məktəb direktoru və bələdiyyə başçısı postunu tutan şəxsdir. Musavat.com-a daxil olan məlumatda deyilir ki, Dəyə Qarabulaq inzibati ərazi vahidliyinə daxil olan Talakənd kənd orta məktəbinin direktoru Fəxrəddin Kamil oğlu Əliyevin asılmış vəziyyətdə olan meyitini yaxınları aşkar ediblər. Hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu gəlib. 
Mərhumun meyiti müayinə olunmaq üçün rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. Mərhumun yaxınları F.Əliyevin ölümündə Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevi ittiham edirlər. Bildirirlər ki, F.Əliyev ölümündən əvvəl B.Nağıyevin onu bezdirməsi haqda fikirlər söyləyirmiş. Buna görə də şöbə müdirindən Gədəbəy Rayon Prokurorluğuna şikayətlər olunub. 
Musavat.com-un əməkdaşı məsələyə aydınlıq gətirmək üçün mərhum F.Əliyevin yaxınları ilə əlaqə saxlayıb. Mərhumun oğlu Elvin Əliyev deyib ki, atasının ölümü ilə bağlı prokurorluğa şikayətlər ünvanlayıblar. Yas məclisini yola verəndən sonra məsələ ilə bağlı daha ətraflı şəkildə fəaliyyətə başlayacaqlar. 
Rayondakı mənbələr isə bildirir ki, F.Əliyev yaşadığı rayonda təcrübəli pedaqoq kimi tanınır. O, işini bilən, idarəçilik qabiliyyəti olan şəxs kimi xarakterizə olunur. Rayon sakinləri deyir ki, F.Əliyevin həyatla bu şəkildə vidalaşması mərhumun çox ciddi problemlərlə üz-üzə qala bilməsi və bu səbəbdən intihara əl atması ehtimalını yaradır. Bildirirlər ki, F.Əliyev həyatsevər insan olub, onun ölümündə əlbət ki, çox ciddi səbəblər var. 
F.Əliyevin məktəb direktorluğu ilə yanaşı bələdiyyə sədri vəzifəsini də icra edib. Onun intiharında bələdiyyədəki fəaliyyəti ilə bağlı çalarlar ola bilərdimi? 
Bu suala da rayon sakinlərindən aydınlıq gətirməyə çalışdıq. Sakinlər bildirdilər ki, F.Əliyevin rəhbərlik etdiyi bələdiyyədə ciddi maliyyə məsələləri olmayıb, torpaq islahatı da uzun illər əvvəldən bitib. Bu səbəbdən F.Əliyevin intiharına daha çox çalışdığı məktəbə dövlət büdcəsindən ayrılan vəsaitlərin təhsil müəssisəsinə çatana qədər silinməsi, invertarların ələ keçirilməsi kimi halların rol oynaya bilməsi ehtimalına üstünlük verilir. 
Bu məlumat fonunda F.Əliyevin ölümündən əvvəl təhsil şöbəsi müdirindən şikayətlənməsi, giley-güzar etməsi haqda bilgilər direktorun ölmündən əvvəl psixoloji gərginlik keçirdiyini söyləməyə əsas verir. 
Məktəb direktorunun ölümündən ittiham olunan Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevdən münasibəti öyrənmək üçün musavat.com-un əməkdaşı onun rəhbərlik etdiyi şöbə ilə əlaqə saxlayıb. Şöbədən bildiriblər ki, B.Nağıyev iclasdadır. Bununla belə B.Nağıyevi də dinləməyə hazırıq. 
F.Əliyevin ölümü faktına görə Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci - intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam