Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

Daha bir intihar: Banklara borcu olan kişi özünü asdı

76618

 

Paytaxtda intihar hadisəsi baş verib.

 

Xeberinfo.com:  Pirallahı Rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Səməd Vurğun küçəsində yaşayan 1966-cı il təvəllüdlü Ələmdar Oruc oğlu Salamov özünü yaşadığı evin həyətindəki yarımtikilidən asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb edilib.
İlkin ehtimal kimi Ələmdar Salamovun külli-miqdarda borcu olduğu, buna görə belə bir addıma əl atdığı bildirilir.
Özünü asan kişi ailəli olub və heç bir psixi problemləri olmayıb.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.
Bənzər hadisə bir müddət əvvəl də Ağdaş rayonunda baş verib. Rayonun Aşağı Qəsil kənd sakini 1957-ci il təvəllüdlü Nizami Vəli oğlu Cabbarov gecə saatlarında özünü yaşadığı evin meyvə bağındakı ağacdan asaraq intihar edib. Onun meyiti ailə üzvləri tərəfindən asılmış vəziyyətdə aşkar edib.
58 yaşlı kişinin intihar etməsinə səbəb banklara külli miqdarda borcu olması göstərilirdi.
Ötən ilin noyabr ayında metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığında 3 uşaq atası üzərinə benzin törərək özünü yandırıb. 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynovun anası isə ANS PRESS-ə açıqlamasında oğlunun banka olan borcunu ödəyə bilmədiyi üçün belə addım atadığını deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam