Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

TANINMIŞ İŞ ADAMINDAN ŞOK RÜŞVƏT İTTİHAMI

272410

“Şərq Bazarı” Ticarət Kompleksinin sahibi, tanınmış iş adamı Heydər Əliyev bu yaxınlara qədər Nəqliyyat Nazirliyinin tabeliyində olan Nəqliyyat Departamentinin keçmiş rəisinə qarşı dələduzluq və rüşvət ittihamı ilə çıxış edib.

Xeberinfo.com:   İş adamının “AzPolitika.info”nun elektron poçtuna daxil olan müraciətində deyilir:
“Bir vaxtlar Nəqliyyat Nazirliyinin tabeliyindəki Nəqliyyat departamentinin rəisi, hazırda isə “Azəryolservis” ASC-nin nəzdindəki Yaşıllaşdırma Departamentinin rəisi vəzifəsində işləyən, özünün dediyinə görə nazir Ziya Məmmədovun ən yaxın qohumu olan Zamin Məmmədov mülkiyyətçisi olduğum “Şərq Bazarı”nda alış-verişin canlanması məqsədilə həmin əraziyə əlavə avtobus marşrutlarının açılacağına söz verərək, məndən və bazarın məzlum satıcılarından hiylə yolu ilə üst-üstə 40 000 (qırx min) manat pul almış, lakin öhdəliyinə və vədinə əməl etməmiş və nəticədə “Şərq Bazarı” ticarət mərkəzinin yerləşdiyi əraziyə heç bir marşrut xətti açılmamışdır.

Ciddi səylərimizə baxmayaraq, bu günə kimi Zamin Məmmədov bizdən aldığı pulu qaytarmır, hüquq-mühafizə orqanlarına aramsız şikayətlərimiz isə heç bir səmərə vermir. Belə ki, Nərimanov rayon prokurorunun köməkçisi Elşən Məmmədov işi Nərimanov Rayon Polis İdarəsindən alaraq, öz icraatına götürmüş və Zamin Məmmədovu bizə məlum olmayan səbəblərdən müdafiə etməyə başlamışdır.

Məhz bütün bunlara görə də ölkə prezidenti cənab İlham Əliyevə və respublikanın səlahiyyətli hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət etməyimiz də qaçılmaz olmuşdur.”

İş adamı vəzifəli şəxsin bu dələduzluğunun geniş ictimaiyyətə çatdırılması üçün mediadan kömək istəyir: “Kütləvi informasiya vasitələri tərəfindən idarə, müəssisə və təşkilatların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququnu həyata keçirərəkən, ictimaiyyətin məlumatlandırılması işində öz dəstəyimizi göstərməkdən ötrü düzgün məlumatlar verməklə sizlərə kömək etmiş oluruq.

Qeyd edilənləri, həmçinin xalq tribunası olaraq oxunaqlı mətbuatınızın geniş kütlə arasında nüfuzunu nəzərə alaraq, ictimaiyyətin obyektiv informasiya ilə təmin edilməsi üçün “Şərq Bazarı”nın müdiriyyəti və çoxsaylı satıcıları adından ünvanlarınıza göndərdiyimiz bu müraciəti dərc etdirməklə ictimailəşdirməyinizi sizdən xahiş edirik”.

Redaksiyadan:  Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam