Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Əmanətlərin Sığortalanması Fondu müflis ola bilər

123977_res_01

 

“2016-cı ildə problemli kreditlərin həcmi azı iki dəfə artacaq”.

Xeberinfo.com: Məlumata görə  bunu maliyyə sahəsi üzrə ekspert, IJS Hüquq Firmasinin direktoru, vəkil Əkrəm Həsənov bildirib.
Ekspert deyib ki, bu hələ optimist proqnozdur: “Xüsusilə dollar kreditləri üzrə vəziyyət kritik həddə çatacaq. Eyni zamanda manat kreditləri üzrə də artım kəskin olacaq. Çünki hər bir halda qiymətlərin, işsizliyin artması, əhalinin gəlirlərinin azalması istənilən valyutada olan kreditlərin ödənilməsini ağırlaşdırıb.
Dollar kreditlərinin ödənilməsi isə əksər hallarda, ümumiyyətlə mümkünsüz olub. Əgər fevral devalvasiyasından sonra problemli kreditler əsasən əhalinin borcları üzrə artdısa, bu dəfə biznes kreditleri üstünlük təşkil edəcək. Çünki bir çox sahibkarlar və şirkətlər müflis olacaq. Bu səbəbdən onlar kreditlərini də ödəməyəcək”.
Ə.Həsənov bildirib ki, bank sektorunda ciddi iflaslar gözlənilir: “Bütün bunlar nəticə etibarilə bankların çoxunu çökdürəcək və əmanətlərin geri qaytarılmasında ciddi təhlükə yaranacaq. Artıq bir neçə bank əmanətləri qaytara bilmir. Belə getsə, Əmanətlərin Sığortalanması Fondunun özü müflis olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam