Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Ağır qəzada ölən Cavid vəzifəli şəxsin oğlu imiş --FOTO

 

Martın 3-ü Göygöldə ağır qəzada həyatını itirən 26 yaşlı sürücü vəzifəli şəxsin övladı imiş.

Yenixeber.org xəbər verir ki, idarə etdiyi “BMW X5” markalı avtomobillə qəzaya düşən Cavid Mürsəlov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 12 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin rəisi Elşən Mürsəlovun oğludur.

Bildirilir ki, hadisə Cavid toydan çıxdıqdan sonra, gecə saat 1 radələrində baş verib. Yayılan görüntülərdən sonra onun avtomobili saatda 200 kilometr sürətlə idarə etməsi və hadisə vaxtı sərxoş olması iddia edilib.

Qeyd edək ki, “BMW X5” əvvəlcə öz yolu ilə gedən maşınla toqquşub, daha sonra yoldan çıxaraq hasara və ağaca çırpılıb.

C. Mürsəlov xəstəxanaya aparılarkən yolda ölüb. Həmin maşında olan sərnişin, 26 yaşlı Ruslan Rüstəmov, “VAZ 2106”da olanlar - 22 yaşlı Orucov İdris Rahib oğlu və 22 yaşlı Orucov Ələkbər Ələsdan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralılardan R. Rüstəmovun vəziyyətinin ağır olduğu bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam