Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Xaricdə təhsil alanların çoxunun diplomu tanınmayıb

 

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) üçün diplomlarını Təhsil Nazirliyinin Təhsil sənədlərinin tanınması işi üzrə sektoruna təqdim edənlərin bəzilərinin ali təhsil haqqında sənədi nostrifikasiyadan keçməyib. 
 
"Xeberinfo.com":   Məlumata görə, bu barədə Movqe.az-a məlumatı həmin şəxslərin valideynləri verib. Adlarının çəkilməsini istəməyən valideynlər bildiriblər ki, övladları həqiqi hərbi xidmətdədir. Onların həqiqi hərbi xidməti keçmə müddəti ali təhsilli olduqları halda bir il olmalıdır. Bunun üçün isə xaricdə təhsil alıb vətənə dönənlərin diplomları mütləq nostrifikasiyadan keçməlidir. Amma həmin şəxslərin bəzilərinin sənədi Təhsil Nazirliyinin aidiyyatı sektoru tərəfindən tanınmayıb. 
 
Valideynlərin Movqe.az-a verdikləri xəbərə görə, səbəb həmin ali təhsil müəssisələrinin qeyri-qanuni olması və yaxud da, diplomların saxta lması deyil. Səbəb xaricdə, xüsusilə Ukraynanın ali təhsil müəssisələrində oxuyaraq diplom alanların öz ixtisasları ilə bağlı müsahibədən keçə bilməməsidir. Valideynlərin sözlərinə görə, xaricdə təhsillərini başa vurub diplomlarını Təhsil Nazirliyinin Təhsil sənədlərinin tanınması işi üzrə sektoruna təqdim edənlər Nazirliyin Ekspert Qrupu tərəfindən imtahan edilir. İmtahan zamanı həmin şəxslərin dil bilikləri ilə yanaşı, ixtisas bilikləri də yoxlanılır. Xaricdə təhsil alanların mütləq əksəriyyəti dil biliklərinin sınağından üzüağ çıxsalar da, ixtisas bilikləri imtahana çəkilərkən aşağı nəticə göstərirlər: "Biz başa düşmürük ki, ixtisas biliyinin yoxlanılması nəyə lazımdır. Uşaq öz ixtisası üzrə xaricdə ali təhsil müəssisəsində oxuyub, imtahan verərək diplom alıb. İndi onu yenidən imtahan etmək hansı məntiqə sığır?".
Valideynləri daha bir narahat edən məqam isə, hazırda həqiqi hərbi xidmətdə olan övladlarının imtahan üçün geri çağırılmasıdır: "Biz diplomların tanınması üçün sənədi sentyabr ayından vermişik. Uşaq əsgər gedəndən sonra deyirlər gəlsin imtahan versin. Deyirik uşaq imtahandadır. Deyirlər ki, bir günlük gətirin. Bax beləcə problem qarşısında qalmışıq. Elə uşaqlar var ki, Naxçıvanda həqiqi hərbi xidmətdədir. Bizim onu gətirib-aparmağımız dünya aləm xərc tələb edir. Onların içində elə uşaqlar var ki, ixtisas sınağından Nazirliyin Ekspert Qrupu tərəfindən müsbət rəy almayıb. O uşağa valideyn desə ki, nazirlik sənin diplomunu tanımır, 5 il oxumağın hədər gedib, yəqin ki, əsgərlikdə intihar edəcək. İndi neyləyək, başımıza hansı çarəni qılaq bilmirik".
Movqe.az valideynlərin iddiasında nə dərəcədə haqlı olub-olmadıqlarını öyrənmək məqsədilə Təhsiı Nazirliyinin aidiyyatı sektoru ilə əlaqə saxlayıb. Nazirlikdən Movqe.az-a bildiriblər ki,  tanınmaq və ekvivalentlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları aparılır: "Bu isə Xaricdə təhsil sənədlərinin  tanınması ilə bağlı Nazirlər Kabinetinin 64 saylı qərarına və Lissabon konvensiyasının 3-cü maddəsinə uyğundur".
Nazirlikdən aldığımız məlumatdan belə məlum oldu ki, xaricdə təhsil alıb diplomlarının tanınması üçün  əhsil Nazirliyinin Təhsil sənədlərinin tanınması işi üzrə sektoruna müraciət edənlərin Ekspert Qrupu tərəfindən imtahan edilərək dil biliyinin və ixtisas biliyinin yoxlanılması tam qayda-qanunlara uyğundur. O ki, qaldı əsgərlikdə olanların imtahan üçün çağrılmasına, onların həqiqi hərbi xidmətə getməmiş imtahan edilməməsinə, bunun səbəbinin həmin ölkənin ali təhsil müəssisələrinə nazirlik tərəfindən göndərilən sorğulara cavabın gec verilməsi ilə bağlı olduğunu söylədilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam