Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Təhsil Nazirliyinin sektor müdiri işdən çıxarıldı

 

Təhsil Nazirliyinin diplomların tanınması (nostrifikasiyası) sektorunun müdiri Nəzakət Hacıyeva işdən çıxarılıb.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Modern.az saytına Təhsil Nazirliyindəki mənbələrdən məlumat verilib. Bəzi həmkarları onun könüllü olaraq işdən çıxdığını desələr də, məsələnin kökündə başqa məqamların olduğu qeyd edilir.
Belə ki, Nəzakət Hacıyevanın vəzifəsindən kənarlaşdırılmasına səbəb onun qeyri-qanuni əməllərə yol verməsi göstərilir. Nəzakət Hacıyevanın dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, qeyri-qanuni əməllərini davam etdirməsi, diploma layiq olmayan şəxslərin diplomlarının “tanınması”na şərait yaratması sonda onun işdən çıxarılması ilə nəticələnib.

Mənbə onu da bildirir ki, nazirlikdə Nəzakət Hacıyevanın işində aşkarlanan pozuntularla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməsi məsələsi də müzakirə olunub. Lakin onun zərif cinsin nümayəndəsi olduğunu nəzərə alan nazir xanım Hacıyevanı yalnız işdən çıxarmaqla kifayətlənib.

Qeyd edək ki, valideynlər müxtəlif media qurumları vasitəsilə Nazirliyin nostrifikasiya sektorunda hökm sürən özbaşınalıqdan, diplomların tanınması üçün rüşvət tələb olunmasından, bütün bu işlərə isə Nəzakət Hacıyevanın rəvac verməsindən şikayətlər edirdilər.

Bu xanımın vəzifəsindən çıxarılması ilə Təhsil Nazirliyində ən çox tənqidə məruz qalan sahənin düzələcəyini güman etmək olar. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam