Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış

 

Şirvan şəhərindəki zavodlardan birində qəza baş verib.
 
 
"Xeberinfo.com":   APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün saat 12 radələrində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda qeydə alınıb.
 
 
Zavodun sexlərindən birində baş verən qəza nəticəsində sexin tavan hissəsi çöküb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
 
 
Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerindədir.
 
 
Hadisənin baş vermə səbəbləri araşdırılır. Ölən və yaralananların adları dəqiqləşdirilir.
 
 
***

 

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunun sexlərinin birində baş verən yanğın nəticəsində 8 nəfər xəsarət alıb.

 

Şirvan Şəhər Mərkəzi Xəstəxanasından Publika.az-a verilən məlumata görə, xəsarət alanların hamısı qadınlardır.

 

Onlar yanıq diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hazırda həkimlər xəstələrə ilkin tibbi yardım göstərir. Ehtiyac olarsa, onlar Bakya aparıla bilər.

 

Hadisə zamanı bir nəfərin öldüyü təsdiqlənib.

 

***

 

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə zamanı 19 nəfər yaralanıb. Onlar təcili tibbi yardım maşınları ilə Şirvan Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Hadisə yerinə 5 həkim briqadası gedib.

 

Xəsarət alanların vəziyyəti yüngül və orta-ağır qiymətləndirilir. Onlara zəhərlənmə və yüngül yanıq diaqnozları qoyulub. Yüngül xəsarət alanların bəziləri ilkin yardım göstərildikdən sonra evə buraxılır.

 

***

 

Mil-Muğan bürosunun xəbərinə görə, ölən şəxs Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Süleymanova Raziyə Cəfərxan qızıdır.

 

İlkin məlumata görə, qadın ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.

 

Hadisə nəticəsində xəsarət alan 11 nəfər ambulator yardım göstəriləndən sonra evə buraxılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam