Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Şirvandakı partlayış – terror yoxsa, səhlənkarlıq?

ilham-ismayilİlham Ismayıl: «Şirvandakı zavoddakı partlayış səhlənkarlıq nəticəsində meydana gəlib, bu tip obyektlərdə səhlənkarlıq yolverilməzdir»

Xeberinfo.com:   İyulun 26-sı Şirvanda baş vermiş partlayış – 2 nəfərin həyatına son qoydu. Iyirmi dörd nəfər isə partlayış nəticəsində müxtəlif bədən xəsarəti aldı. Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, partlayış köhnə sursatların utilizasiyası zamanı baş vermiş yanğın nəticəsində olub.

Artıq hadisə ilə bağlı xüsusi dövlət komissiyası yaradılıb. Komissiyanın tərkibinə DTX-nin də daxil edilməsi hadisənin hər tərəfli araşdırılmaq niyyətindən xəbər verir. Çünki Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Bu baxımdan strateji əhəmiyyətli zavaodda belə bir hadisənin baş verməsi bəzi şübhələr yaradır.

Digər tərəfdən, bu hadisə keçən il elə iyul ayında Şirvanda baş vermiş daha bir partlayışı yada salır. 2015-ci il iyulun 6-da Müdafiə Sənayəsi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika zavodunda güclü partlayış baş vermişdi. Qəza zavodun 3-cü sexində olmuşdu. Hadisə nəticəsində bir nəfər həyatını itirmiş, 20 nəfər isə müxtəlif bədən xəsarəti almışdı.

Eyni zamanda “Delta Telekom”da baş verən müəmmalı partlayışla da bağlı bir sıra suallar hələ də cavabsız qalır. Bu hadisənin hakimiyyətdaxili savaşın tərkib hissəsi olduğu bəlli oldu.

Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl ilə Şirvandakı olayın başvermə səbəblərinə aydınlıq gətirməyə çalışdıq. I.Ismayıl bildirdi ki, artıq rəsmi olaraq ilkin məlumat verilib ki, partlayış köhnə mərmilərin utilizasiyası zamanı baş verib. Bu, ilkin gəlinmiş qənaətdir: “Şirvandakı olayda terror və hakimiyyətdaxili savaşın təzahürü məsələsi, demək olar, yox dərəcəsindədir. Sadəcə olaraq burada iş prosesində səhlənkarlığa yol verilib. Amma bu tip obyektlərdə səhlənkarlıq yolverilməzdir. Burada təhlükəsizlik məsələlərinə xüsusi diqqət olmalıydı”.

I.Ismayıl bildirdi ki, əgər Müdafiə Sənayesi Nazirliyinin obyektində bu cür səhlənkarlıq edilirsə, deməli, o sistemlə bağlı sahələrin hamısında ciddi səhlənkarlıq var. “Bizim silah-sursat istehsal edən böyük sənayemiz yoxdur. Olanı da əgər bu şəkildə qoruyuruqsa, çox təəssüf”, deyə I.Ismayıl vurğuladı.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam