Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Rusiya nefti bahalaşdırmaq üçün Azərbaycanı qarışdıra bilər”

 

“Putin nefti bahalaşdırmaq üçün 4 sərsəm, eyni zamanda ağlabatan görünən üsula əl ata bilər”.
"Xeberinfo.com":  Virtualaz.org saytı xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Foreign Policy” jurnalında dərc edilmiş məqalədə bildirilir. Və həmin “sərsəm metodlardan” biri də Azərbaycanda vəziyyəti qarışdırmaqdır.
“Ukraynada Rusiya prezidenti özünə maksimal əminliklə və cəzasızlıq şəraitində hərəkət edir, ancaq onu bir həssas məsələ-neftin qiymətləri əsəbiləşdirməyə bilməz”- deyə jurnal yazır.
Jurnalın şərhçiləri Duqlas Ollivent, Cob Henninq hesab edirlər ki, neftin qiyməti Rusiya rejimi üçün stabilliyin açarıdır. Qərbdə hesab edirlər ki, Putin təkbaşına “Brent” markalı neftin qiymətini yüksəklərə qaldıra bilməz. Lakin Putin sürprizlərə qadir olduğunu dəfələrlə sübut edib.
Şərhçilər Rusiyanın neftin qiymətlərini artırmaq üçün əl ata biləcəyi dörd üsuldan bəhs edirlər. Onlardan birincisi İranla Qərb arasında nüvə danışıqlarında sabotaj həyata keçirməkdir. Rusiya bu danışıqlarda daim ikilin oyun oynayır.
Bir tərəfdən, Putin istəmir ki, İran nüvə silahına sahib olsun, ancaq Qərbin İranla anlaşma əldə etmək cəhdlərindən də öz maraqları üçün istifadə edir.
Bir çox analitiklər hesab edir ki, yekun nüvə razılaşmasından bir neçə həftə sonra İran dünya bazarlarını neftlə dolduracaq. Deməli, neftin qiymətinin qalxması ehtimalı azalacaq. Ona görə də ola bilsin Kremldə kimlərsə xəlvətcə xəyal edir ki, İranla nüvə danışıqları pozulacaq və onun nüvə obyektlərinə zərbələr endiriləcək. Nəticədə neftin qiyməti artacaq.
Digər üsul bəzi hasilatçı ölkələrdə və tranzit ölkələrində vəziyyəti qarışdırmaqdır. Bu cür destablizasiya neftin qiymətlərində artıma səbəb ola bilər.
Müəlliflər qeyd edirlər ki, bəzi kiçik neft ölkələrində vəziyyət o qədər də stabil deyil. “Foreign Policy” müəllifləri bura Venesuela, İraq, Nigeriya, Əlcəzair, Azərbaycan və Qazaxıstanı daxil edirlər.
“Əgər Rusiya bu ölkələrdəki müxtəlif qüvvələrə dəstək versə, arzuolunan effekti ala bilər”- deyə müəlliflər qeyd edir.
Növbəti üsul iri neft hasilatçılarında vəziyyəti destablizə etməkdir. Bura Səudiyyə Ərəbistanı da daxildir. Bu ölkədə sünnülərlə şiə azlıq arasında münasibətlərin gərgin olması kənar müdaxilə üçün yaxşı imkan açır.
Nəhayət, dördüncü üsul Rusiyanın keçmiş xüsusi təyinatl döyüşçülərindən ibarət kiçik qrupların saxta bayraq altında kiçik gəmilərlə Hörmüz boğazını bağlaması və əsas neft ixracı marşrutu üzərində təxribatlar törətməsi ola bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam