Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Neftin qiymətində cüzi artım

 

Brent neftinin qiyməti 48 dolları, WTI (Texas nefti) isə 43 dolları görüb.
"Xeberinfo.com":   Məlumata görə, neftin qyməti yüksəlməyə başlayıb. “Marja” xəbər verir ki, Bakı vaxtı ilə səhər saat 8:00 radələrində Brent neftinin barelinin qiyməti 48 dolları, ABŞ xam nefti isə 43,43 dolları görüb.
Dünən və bu gün neftin qiyməti sürpriz şəkildə 10,5% yüksəlib. Sürətli bahalşama dünən saat 16:00 radələrindən başlayıb.
Qeyd edək ki, Bazar ertəsi günü Brent neftinin bareli 42.20 dollaradək, ABŞ nefti isə (WTI) 38 dollaradək düşmüşdü.
Neft ABŞ-da iqtisadiyyatın daha sürətlə böyüdüyünü göstərən məlumatın açıqlanması ilə üç ilin ən sürətli yüksəlişini həyata keçirib. ABŞ-da açıqlanan məlumata görə, ikinci rübdə ölkə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% artıb. ABŞ iqtisadiyyatının yaxşılaşması neftə təlabatı daha da artıra bilər.
Həmçinin, Energy Information Administration-ın Çərşənbə günü açıqladığı məlumata görə, ABŞ-da neft bazalardakı neft ehtiyatları ötən həftə 5.45 milyon barrel azalaraq 450.8 milyon barrelə enib. Analitiklər ehtiyatların 1.45 milyon barrel artacağını proqnozlaşdırmışdı. İstehsal 3 aydan uzun bir müddətin ən aşağı səviyyəsinə enib.
Analitiklər bildirirlər ki, ehtiyatların ilin bu dövründə düşməsi gözləniləndir. Ancaq neftin qiymətinə əsas təzyiqin qlobal təklifi bolluğu problemi olduğunu qeyd edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam