Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Ana, oğlu və qızı yanğında öldü

 

Dünən Binəqədidə baş verən dəhşətli yanğından bir ailənin üç üzvü həlak olub.

"Xeberinfo.com":  Məlumata görə, elə gecədən sosial şəbəkə istifadəçiləri bacı-qardaşın (Eyvazov Davud Hamir oğlu ( 16 yaş ), Eyvazova Ülkər Hamir qızı ( 20 yaş)) faciəvi ölümü ilə bağlı fikirlər paylaşırdılar. 

 

Daha sonra məlum oldu ki, təkcə Ülkərlə qardaşı Davud deyil, elə anaları Zülfiyyə Şirinova da yanğında ölüb. 

Qafqazinfo”ya daxil olan məlumata görə, Ülkər Bakı Dövlət Universitetinin Ekologiya fakültəsinin tələbəsi olub. Gənc qızın nişanlı olduğu deyilir və yaxınlarda toyu olacaqmış. Qonşuları bildirib ki, ailə yanan binaya təzə köçübmüş, kirayə qalırdılar. Bundan əvvəl isə qonşu binada yaşayırmışlar.

Eyvazov Davud isə 283 nömrəli məktəbin 10-cu sinif şagirdi idi. 

Bakı Dövlət Universitetinin Ekologiya fakültəsinin dekanı Nazim Şəmilov Ülkərin faciəvi ölümü ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, Ülkər çox fəal tələbə olub: " Fakültəmizin Torpaqşünaslıq ixtisası üzrə 3-cü kurs, rus sektorunda oxuyan fəal tələbələrindən biri idi. Çox intizamlı, səliqəli tələbə idi. Avropa Oyunları könüllülərindən idi. Dünən onların imtahanı var idi. Ülkər könüllü olduğu üçün imtahandan azad olunmuşdu. O, könüllülərin baş ofisinə getməli idi. Tale elə gətirib ki, ora da getməyib". 

Qeyd edək ki, onların atası Hamir Eyvazovun vəfat etdiyi deyilsə də, yaxınları atalarının ailəsindən illər əvvəl ayrı, Rusiyada yaşadığını bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam