Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

""Bakıda "11 sentyabr" olayı"

 

Bu gün Bakıda Azadlıq prospektində baş verən yanğın dünya mətbuatının da diqqətini çəkib.
"Xeberinfo.com":   ANS PRESS-in məlumatına görə, bir sıra türk, rus və ingilis dilində olan xəbər agentlikləri və saytlar həmin faciə haqqında yazıb. 
Türkiyənin "Hürriyyet" saytı isə yanğını ABŞ-da baş verən 11 sentyabr hadisələri ilə müqayisə edib: "Eynilə 11 sentyabr kimi".
Bundan başqa, "Ria.ru", "Dailymail", "Abcnews" və bir sıra başqa xəbər agentlikləri də Azadlıq prospektində baş verən yanğın haqqında məlumatlar paylaşıb. Yanğın haqqında "Wikipedia" səhifəsi də yaradılıb.
Xatırladaq ki, dəhşətli yanğın hadisəsi bu gün səhər saatlarında Binəqədi rayonu, Azadlıq 189 ünvanında baş verib. 16 mərtəbəli bina alovlanıb. Hadisə yerinə onlarla təcili yardım və yanğınsöndürən briqadaları cəlb edilib. 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ölənlərin sayı 15-ə çatıb. Yanğın nəticəsində ümumilikdə 64 nəfər xəsarət alıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam