Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Dəhşətli yanğında 2 nəfər ölüb, 15 nəfər yaralanıb

 

Bakıda binada yanğın baş verməsi nəticəsində iki nəfər ölüb.
"Xeberinfo.com":  Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, ölənlərdən biri qorxudan özünü binadan atan şəxs, digəri isə azyaşlıdır.
Azyaşlı tüstüdən boğularaq ölüb.
Ölənlərin kimliyi dəqiqləşdirilir. Hadisə nəticəsində xəsarət alanların sayı isə 15-i ötüb.
* * *
Azərbaycan paytaxtında 16 mərtəbəli binada baş verən yanğın davam edir
. APA-nın məlumatına görə, hadisə yerinə helikopter cəlb olunub.

* * *
İndiyə qədər yanğından zərər çəkmiş 15 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib
Bakının Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı əraziyə 30 təcili yardım briqadası cəlb olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, indiyə qədər yanğından zərər çəkmiş 15 nəfər ərazidən götürülərək müxtəlif xəstəxanalara yerləşdirilib.
Hadisə nəticəsində xəsarət alanlarla bağlı tədbirlərin görülməsi üçün Kliniki Tibbi Mərkəzə, Travmatologiya İnstitutuna və Respublika Yanıq Mərkəzində xüsusi tapşırıqlar verilib.
Bildirilib ki, bir nəfərin qorxudan özünü binadan atdığı ehtimal olunur. Hazırda bununla bağlı məlumat dəqiqləşdirilir.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

* * *

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, “Azadlıq” prospektində yerləşən binada baş verən yanğın nəticəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Şövkət Məmmədova küçəsindən istifadə etmələri tövsiyə olunur.

* * *

Paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanda yerləşən 16 mərtəbli binada baş verən yanğın zamanı müxtəlif dərəcəli xəsarət alanların sayı həddindən artıq çoxdur.
Bu barədə Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.
Məlumat verilib ki, müraciətlə həddindən artıq çox olduğundan çatdırmaq mümkün olmur. Hazırda təcili tibbi yardım maşınları ilə onlarla insan xəstəxanalara çatdırılırlar. Müraciət edənlərin çoxu tüstüdən zəhərlənmə ilə bağlıdır.
Hazırda çox sayda yanğınsöndürən və xilasedici dəstələr hadisə yerində çalışır, insanlar təxliyyə olunurlar.

* * *

Bakıda baş verən dəhşətli yanğın zamanı bir neçə nəfər özünü binadan atıb.
Bu barədə məlumatı ANS PRESS-ə hadisə şahidləri veriblər.
Şahidlərin sözlərinə görə, yanan binada qalan sakinlərdən iki nəfər özünü aşağı atıb.Onlardan biri orta yaşlı kişi, digəri isə gənc oğlandır.
Hadisə zamanı çoxsayda yaralananların da olduğu bildirilir.
Qafqazinfo-nun hadisə yerində olan əməkdaşı 16 mərtəbəli binada baş verən yanğın zamanı bir kişinin özünü səkkizinci mərtəbədən ataraq öldüyünü bildirib. Ehtimal ki, şahidlərin ANS PRESS-ə verdikləri məlumatda sözügedən kişi həmin şəxsdir. Qeyd edək ki, həmin şəxsin ailəsi hələ binadan çıxarılmayıb.

612893

* * * 

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib
Bakıda çoxmərtəbəli bina yanır. Lent.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində, Azadlıq prospekti 289 ünvanında yerləşir. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib. Məlumata görə, binanın üzlüyü alışıb. Bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev Lent.az-a açıqlamasında deyib ki, hadisə yerinə 4 təcili yardım briqadası göndərilib.
Hələlik zərərçəkənlər barədə məlumat yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam