Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“Milli kimliyə üstünlük verilməlidir”

 

“Azərbaycan geostrateji məkanda yerləşir, qədimdən yeldöyəndə yerləşmişik, fatehlər buradan keçib. Azərbaycanda xarici şirkətlərin fəaliyyətinə şərait yaratmışıq”.

"Xeberinfo.com":   APA-nın məlumatına görə, bunu bu gün Mətbuat Şurası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi “Milli-mənəvi və dini dəyərlər: Tarixlik, müasirlik” mövzusunda KİV rəhbərləri ilə görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı söyləyib.
“Amma tolerant olduğumuz üçün zərərli dini cərəyanların ölkəmizdə yayılmasına, fəaliyyətinə imkan yarada bilmərik” – deyə, komitə sədri əlavə edib.
M. Qurbanlı bildirib ki, qloballaşan dünyada milli-mənəvi dəyərlərini qoruya bilməyən millətlər assimilyasiya olunacaq: “Bu gün hər həftə dünyada 2 dil itir, milli-mənəvi dəyərlərimizi qorumasaq, biz də dilimizi itirərik. Qloballaşmada millətin özünü qoruma instinkti olmalıdır. Bu gün Qazaxıstana, Özbəkistana və digər türk ölkələrinə gedirik, eyni dinə sitayiş edirik, ancaq o xalqların öz adət-ənənələrinə rast gəlirik. Hətta Səudiyyə Ərəbistanındakı ərəblə Mərakeşdəki ərəb arasında fərq var. Milli-mənəvi dəyərlər yalnız bizə aiddir. Azərbaycanın tolerant olması o demək deyil ki, Yehova şahidləri, digər cərəyanlar burada yayılmalıdır”.
Mübariz Qurbanlı deyib ki, dini və milli kimlik məsələsində milli kimlik məsələsinə üstünlük verilməlidir: “Milli kimlik ön planda olmalıdır. Dini mənsubiyyətinə baxsaq, Azərbaycanda islam dininə sitayiş etməyən insanlar da var. Belə deyəndə, o insanları özümüzdən kənarlaşdırırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam