Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hesablama Palatasından rektorlara zərbə

 

Qurumun hesabatında universitetlərdə aparılan auditin nəticələri barədə nələr yazılıb? 

 
"Xeberinfo.com":  Hesablama Palatasının hesabatında ali təhsil ocaqları ilə bağlı da ilginc faktlar yer alıb. Hesabatda bildirilir ki, hesabat ilində Azərbaycan Dövlət Neft Akademiyasına ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların icrasının auditi aparılıb.
Müəyyən edilib ki, ödənişli əsaslarla təhsil alan əcnəbi tələbələrdən təhsilhaqqı nağd qaydada yığılaraq banka təhvil verilib, tədris ilinin əvvəlində akademik məzuniyyətə gedən və təhsil haqqının müəyyən hissəsini ödəyən  magistrlər üzrə debitor borc hesablanmayıb, müqavilə şərtlərinə əməl edilməyərək tələbə sırasından xaric edilən 1-ci kurs tələbələrindən təhsil aldığı müddət üçün təhsil haqqının alınması təmin edilməyib, kafedralar üzrə artıq laborant ştatı saxlanılıb, doktorantların və dissertantların sayının normadan az olmasına rəğmən, doktorantura şöbəsi, artıq kafedralar yaradılıb, tələbə şəhərciyindəki yataqxanalarda qaçqın və məcburi köçkünlər məskunlaşsa da işçilər saxlanılmış və ehtiyac olmadığı halda əcnəbi tələbələrlə iş üzrə dekanlıq yaradılıb.
2011-2012-ci illərin əvvəlində vəzifə maaşına, elmi adlara və elmi dərəcələrə görə əlavələrin düzgün hesablanmaması nəticəsində professor-müəllim heyətinə müəyyən hallarda artıq və ya az əməkhaqqı ödənilib, artıq qruplar yaradılaraq müəllimlərə əməkhaqqı, akademik borcu olan tələbələrə təqaüd ödənilib.
Satınalma müqavilələrində nəzərdə tutulmadığı halda avans ödənilərək uzunmüddətli debitor borc yaradılıb, həmin borcların növbəti büdcə ilində də bağlanılması təmin edilməyib, ayrılmış vəsaitlərin səmərəli istifadəsi təmin edilməyib, müxtəlif illərdə alınan mal-materiallar uzun müddət anbarda qalıq kimi saxlanılıb, anbarda və maddi məsul şəxslərin öhdəsində olan materiallar üzrə çatışmazlıq və artıqlıq müəyyən edilib, yarımçıq yerinə yetirilən təmir işləri üçün vəsait tam ödənilib, büdcə və büdcədənkənar vəsaitlər üzrə maliyyə hesabatlarında, DSMF-ə təqdim olunan illik hesabatlarda uyğunsuzluğa yol verilib, göstəricilər düzgün  əks etdirilməyib. Akademiyanın 5 günlük iş rejimiylə fəaliyyət göstərməsinə baxmayaraq mühafizə idarəsi ilə altıgünlük iş rejimi üzrə müqavilə bağlanıb və artıq vəsait ödənilib.
Bakı Slavyan Universitetində “təqaüd maxinasiyası”
Bakı Slavyan Universitetində aparılan audit zamanı müəyyən edilib ki, valideynləri universitetin əməkdaşı olan 2 tələbə, məcburi köçkün statusu olmayan 4 tələbə əsassız olaraq təhsil haqqının ödənilməsindən azad edilib. Təhsilini bitirən və diplomları verilməyən 42 tələbə üzrə təhsil haqqı borcu mövcud olub. Təhsilhaqqı üzrə debitor və kreditor borclar bəzi hallarda uçota alınmayıb, əcnəbi tələbələrdən, əlavə təhsil fakültəsinə qəbul olunan müdavimlərdən və yay məktəbində kredit borcu üzrə təhsil haqqının alınması təmin edilməyib.
Professor-müəllim heyətinin vəzifə maaşına, elmi adlara və elmi dərəcələrə görə əlavələrin düzgün hesablanmaması və kateqoriyaların düzgün müəyyən edilməməsi nəticəsində  artıq, dosent və professor vəzifəsində işləyən pedaqoji işçilərin vəzifə maaşının düzgün müəyyənləşdirilməməsi nəticəsində isə onlara az əməkhaqqı ödənilib. Müxtəlif adlı təqaüdlər təsis edilərək artıq təqaüd ödənilib, təqaüdlərin ödənilməsi üçün ayrılan vəsait hesabına tələbələrə mükafat və artıq təqaüd verilib,  universitetin anbarı üzrə mal-material artıqlığı və çatışmazlığı müəyyən edilib, yerinə yetirilməyən işlərə görə podratçılara vəsait ödənilib. Malların (işlərin və xidmətlərin) satınalınması zamanı qanunvericiliyin tələblərinə əməl edilməyib, məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə bəzi hallarda vəsaitlər ayrı-ayrı müqavilələrə bölünərək  kotirovka sorğularından istifadə edilməklə və ya satınalınma proseduru keçirilmədən xərc edilib.
Mingəçevir Politexnik Institutunda hansı maxinasiyalar üzə çıxıb?
Mingəçevir Politexnik Institutunda aparılan audit zamanı müəyyən edilib ki, bəzi xərc maddələri üzrə nəzərdə tutulan vəsaitdən istifadə edilməyib, borcu olmayan 1 tələbə üzrə  təhsilhaqqı borcu hesablanıb, bir neçə tələbənin təhsilhaqqı üzrə borcu kreditor borc siyahısına salınmayıb, 3 tələbənin institutdan xaric edilməsinə rəğmən təhsil aldıqları müddətlər üzrə təhsilhaqqının alınması və 15 tələbənin təhsilhaqqı borcunun ödənilməsi təmin edilməyib. Institutun ərazisində yerləşən, lakin onun balansında olmayan elektrik transformatorunun enerji itkisinə görə artıq vəsait ödənilib, nağd qaydada alınan təhsilhaqqı kassaya mədaxil edilsə də banka təhvil verilmədən birbaşa kassadan xərc edilib. Akademik borcu olan bəzi tələbələr onun ödənilməsindən əsas olmadan azad edilib, təqaüdlərin təyin edilməsi barədə əmrlərdə göstərilən müddətdən artıq dövr üçün təqaüd ödənilib, əsas olmadığı halda, ezamiyyə xərci ödənilib, istismara yararsız avtomobilə yanacaq, ehtiyat hissələri silinib, təsərrüfat mallarının silinməsi və  keçirilmiş tədbirlərə vəsaitin xərclənməsi təsdiqedici sənədlər olmadan reallaşdırılıb.
“Azərenerji”nin götürdüyü kreditlər və aşkar olunan nöqsanlar
Sənəddə həmçinin qeyd edilir ki, Hesablama Palatasının 2014-cü il üçün iş planına əsasən, “Azərenerji” ASC-nin ölkədə elektrik enerjisinin təchizatı sisteminin yaxşılaşdırılması məqsədilə  dövlət zəmanətiylə beynəlxalq maliyyə-kredit təşkilatlarından, Mərkəzi Bankdan aldığı kredit vəsaitləri üzrə kreditorlar və dövlət büdcəsi qarşısında öhdəliklərinin icrası vəziyyətinə dair analitik təhlil aparılıb.
Təhlil 15 layihəyə dair xarici borc üzrə 1528,1 mln. dollar qalıq borcu olan 18 kredit sazişini, həmin layihələrdən biri üzrə Mərkəzi Bankdan alınan 300,0 mln. manat məbləğində daxili borc məbləği üzrə 4 təkrar borc sazişini, xarici və daxili borclar üzrə kreditorlara ödənilən əsas borc və faiz ödənişlərini əhatə edib. Təqdim olunan məlumatlara əsasən, dövlət zəmanətiylə beynəlxalq maliyyə-kredit təşkilatlarının maliyyələşdirdiyi və “Azərenerji” ASC tərəfindən icra edilməsi nəzərdə tutulan layihələr üzrə əsas kreditorlar Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Avropa Yenidənqurma və Inkişaf Bankı, Asiya Inkişaf Bankı, Islam Inkişaf Bankı, Beynəlxalq Yenidənqurma və Inkişaf Bankı və digər təşkilatlar olub.
Təhlil nəticəsində kredit sazişlərinin şərtlərinin yerinə yetirilməsi ilə yanaşı, bir sıra uyğunsuzluqlar müəyyən edilib. Bəzi kredit sazişləri üzrə təkrar borc müqavilələri bağlanmayıb, bir sıra kredit sazişləri üzrə ssuda müqaviləsi şərtləri pozulub, kredit sazişləri üzrə öhdəliklərin, kredit portfelinin böyük hissəsinin dəyişkən faiz dərəcəsi ilə olduğu halda, onun valyuta riskləri təsirindən azaltmaq üçün kredit portfelinin bazar risklərindən mühafizəsi üzrə tədbirlər həyata keçirilməyib.
Azadlıq.info

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam