Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kolleclərdə də nöqsanlar aşkarlandı -HESABAT

trend_hesablama_palatasi_060213

Yenixeber.org:  Orta ixtisas təhsil müəssisələrində aparılan cari təhlil nəticəsində büdcə təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi zamanı qanunvericiliklə müəyyən edilən qaydada büdcədənkənar vəsaitlər üzrə debitor və kreditor borcların mühasibat yazılışlarının maliyyə hesabatlarına və əlavələrində əks etdirilməməsi halları müəyyən edilib.
Bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, debitor və kreditor borclar üzrə mühasibat yazılışlarının qanunvericiliyin tələblərinə uyğun maliyyə hesabatlarında əks etdirilməməsi həmin büdcə təşkilatlarının hesabatlılığında təhriflərə yol verilməsi ilə yanaşı, şəffaflığın da təmin olunmadığını göstərir.
Bundan əlavə, 2014-cü və 2015-ci illərdə büdcədənkənar vəsaitlər üzrə debitor borcların az göstərilməsi ödənişli əsaslarla təhsil alan ümumi tələbə kontingentinin müvafiq olaraq Azərbaycan Texniki Universiteti nəzdində Bakı Texniki Kolleci üzrə 29,1 %-nin və 40,2 %-nin, Mingəçevir Turizm Kolleci üzrə isə 31,5 %-nin və 34,5 %-nin xaric olunması ilə əlaqələndirilir ki, bu da qeyri-real görünür. Bu hal real vəziyyətin ilkin sənədlər əsasında araşdırılmasını zəruri edir.
Təhsil Nazirliyi Hesablama Palatasına bildirib ki, nazirliyin tabeliyində olan ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Hesabat Milli Məclisin aprelin 14-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam