Redaktor seçimi
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
Günün xəbəri

Milli Şura mitinq keçirdi

 

Bakıda müxalif siyasi blok Milli Şuranın mitinqi keçrilib.

"Xeberinfo.com":   Məlumata görə, “Talana son” şüarı ilə keçirilən mitinqdə Milli Bankın elan etdiyi devalvasiya, manatın 33 faiz dəyərdən düşməsi və bunun insanların yaşayışına mənfi təsirinə etiraz bildirilib.
“Məhsul” stadionunda keçirilən mitinq dövlət himni ilə açıq elan edilib. AXCP sədrinin müavini Əbülfəz Qurbanlı bildirib ki, stadionda Azərbaycan xalqı var, ölkənin talanmasına “Yox!” deyənlər var, azad olmaq istəyən insanlar var: “Bu meydanda bütün Azərbaycan var!”.
AXCP sədri Əli Kərimli isə çıxışında bildirib ki, bu gün meydana toplananlar bir nəfər kimi hakimiyyətin talanına “yox” deyənlərdir: “Uca millətim! Səni çaşdırıb, aldada bilmədilər. Yenə 1elmeydanlardasan. Onları, sənə zülm edənləri yox, sənə azadlıq gətirmək istəyənləri seçdin. Eşq olsun sizlərə! Azərbaycan xalqına on illərlə zülm edən sülalə hakimiyyəti sizlərdən qorxur. Çalışdılar ki, buraya, bu meydana gəlməyəsiniz. Neçə həbslər oldu, şayiə mexanizimini işə saldılar. Bir amalları vardı, siz qəddinizi düzəltməyəsiniz. Yox demək üçün meydanlara axışmayasınız. Amma siz onları məyus etdiniz. Bu gün bu meydanı doldurdunuz. Bizim hamımızı bu gün bu meydana toplayan 21 fevralda hökuməti hamımızın cibinə girməsi, 34 faiz bizi kasıblaşdırması oldu. Ondan əvvəl isə bizə vəd verirdilər. Dekabr ayında dövlət başçısı dedi ki, neftin qiymətinin düşməsini hiss etməyəcəksiniz. Yanvarda dedi ki, hamınız pulunuzu manatda saxlayın, narahat olmayın. Fevralda isə milyonlarla manat xalqa ziyan vurdular. Bu gün buradayıq ki, bu talana yox deyək. Çünki sosial-iqtisadi böhran bir təbii fəlakət deyil, obyektiv səbəblərlə bağlı deyil. Sizin yarıtmaz siyasətinizin nəticəsidir!”.
2goÇıxışının sonunda Ə.Kərimli qeyd edib ki, xalqın mübarizəsi nəticəsiz qalmayacaq: “Biz öz azadlığımıza qovuşacağıq!”.
AXCP sədrinin müavini Gözəl Bayramlı isə bildirib ki, hakimiyyət xalqla hesablaşmır: “Azərbaycan dərin sosial-iqtisadi böhran içərisindədir. Hakimiyyətin apardığı yarıtmaz siyasət buna gətirib çıxarıb. Azərbaycan iqtisadiyyatı neft üzərində qurulub,neftdən asılı duruma salınıb. Azərbaycan hakimiyyəti xalqla hesabaşmır. Biz bu siyasətə, bu talana “yox!“ demək üçün buradayıq”.

1roMilli Şuranın üzvü Hacı Rövşən Əhmədli isə meydana gələnləri bu cür salamlayıb: “Zülmətə boyun əyməyib, öz qorxusuna üstün gəlib meydana gələn cəsarətli insanlara salam olsun. Torpaqların azadlığını gözləyən şəhid ruhlarına salam olsun. Əsirlikdə azadlığını gözləyən Azərbaycan insanına salam olsun. Zülmə boyun əymədiyinə görə məhbəsdə olan Azərbaycan insanına salam olsun. Bu gün bu millətin yalnız manatı oğurlanmayıb. Millətin haqqına təcavüz ediblər. Biz buna “yox!” deyirik”. 

O, son olaraq vurğulayıb ki, zülmə boyun əymək olmaz, mübarizə aparmaq lazımdır.

1fuAXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə deyib ki, manatın ucuzlaşdırılması hakimiyyətin Azərbaycan xalqının başına gətirdiyi növbəti fəlakətdir: “Azərbaycan hakimiyyətinin ən böyük ümidi o idi ki, bu özbaşınalıqla, azğınlıqla bu xalq barışacaq. Ümid edirdilər. Ancaq bu gün meydana gələnlər hakimiyyətin üzünə çırpdı ki, biz kölə deyilik, biz xalqıq. Bu ölkədə təkcə manat yox, bizim bütün haqqımız oğurlanıb!”.
Fuad Qəhrəmanlı deyib: “Bahalaşmanın səbəbi ölkədəki rüşvətxorluqda, korrupsiyada, inhisarçılıqdadır. Bunlar Azərbaycan uğrunda qanını tökmüş şəhid ailələrinin, qazilərin pullarına göz dikəcək dərəcədə qansızdırlar. Bu ölkədə nə qanunlar, nə əxlaq işləyir. Bunları durduracaq nə qanunlar, nə əxlaq var. Bunları durduracaq yeganə güc xalqdır. Biz təşkilatlanmalıyıq ki, bunlar xalqın qəzabını görsünlər”.

1ceSonra Milli Şuranın sədri Cəmil Həsənli çıxış edib.
C.Həsnli çıxışına “Azərbaycanın tarixini yazan gəncliyə eşq olsun” deməklə başladı. “Hakimiyyət aksiyanın izdihamlığının qarşısını almaq üçün hər bir addıma əl atdı. Büdcəni oğurladılar, sərvətləri oğurladılar. İndi də profil oğurlayırlar”, deyə C.Həsənli vurğuladı.

C.Həsənli bildidi ki, fevralın 21-də MB-nin qərarını şənbə günü verməsi təsadüfi deyil:“Mən tarixçiyəm indiyə qədər faşist rejumləri öz anti-xalq qərarlarını şənbə günləri qəbul ediblər. Musolini, Hitler əksər anti-xalq qərarların şənbə günü verib.
0ceÇünki həmin gün ziyalılar istirahət edir, mətbuat çıxmır. Bu hakimiyyətdə manatı məhz fevralın 21-də “qara şənbə” günü ucuzlaşdırdı”.

C.Həsənlinin sözlərinə görə, bu hakimiyyət etdiklərinin hesabatın verməlidir. “Heç bir zalım rejimlər əbədi deyil. Bir gün bu xalq bu rejim üzərində qələbəsini qeyd edəcək. Korrupsiyaya qarşı bu qədər idarələr yaradırlar. Amma heç birinin xeyri yoxdur.”, deyə C.Həsənli vurğulayıb.
C.Həsənli qeyd edib ki, növbəti mitinq aprelin 5-də, saat 15.00-da, elə bu meydanda keçiriləcək: “Qələbəyə doğru!”.

0uuSonda mitinqin qətnaməsi səsləndirilib.Qətnamədə ilk olaraq manatın qəfil ucuzlaşmasının nəticəsində xalqa dəymiş ziyanın kompensasiya edilməsi tələb edilib. Həmçinin, maaşların, pensiyaların azı 30-40 faiz artırılması, korrupsiya və monopoliyanın durdurulması, bank kreditlərinin faizlərinin aşağı salınması, sahibkarlara qarşı təzyiqin dayandırılması tələb olunub. Eyni zamanda, Qarabağ qazilərinə qanunvericilikdə nəzərdə tutulan qan pulunun ödənilməsi, seçki islahatının aparılması, siyasi məhbusların azad edilməsi və Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması da tələblər arasındadır.
Mitinq “Koroğlu” uverturasını səsləndirməklə başa çatıb.Mitinqin təşkilatçıları aksiyada 10 min nəfərin iştirak etdiyini bəyan edib. Növbəti aksiyanın tarixi isə aprelin 5-nə təyin edildi.

Mitinqdən fotoları təqdim edirik.

01
02
1ce
1el
2go
1ro
03

051mi2mi3mi4mi5mi6mi7mi8mi9mi10mi11mi12mi

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam