Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Milli Şura etiraz mitinqi keçirdi -FOTOLAR

“Biz bu meydana gəlməyə bilməzdik. “Talan yox”, “yalana yox”, “monarxiyaya yox”, “siyasi məhbuslar azadlıq” deməyə bilməzdik. Bu ölkənin onlarla ləyaqətli insanı həbsdədir. Onları düşüncələrinə, görə həbs ediblər. Onlara azadlıq tələb etməyə bilməzdik! ”.

Yenixeber.org:  Bu sözləri Milli Şuranın bugünkü mitinqində çıxış edən AXCP sədri Əli Kərimli deyib.

Əli Kərimli xatırladıb ki, bloqqer Mehman Hüseynov həbsdədir:

“O, bizə, ləyaqətli insanlara güvənib ədalətsizlikləri çəkib göstərirdi. Siyasətçi İlqar Məmmədov illərdir ki, həbsdədir. Fuad Qəhrəmanlı, Məmməd İbrahim bu mitinqləri təşkil etdiklərinə görə həbsdədir. Biz onlara necə azadlıq tələb edə bilməzdik?”.

Əli Kərimli deyib ki, hökuməti ifşa edən, onun iç üzünü açan Seymur Həzi həbsdədir:

“Əsgər ölümlərinə yox deyən İlkin Rüstəmzadə, qardaşına görə girov götürülən Murad Adilov, heykələ etiraz şüarı yazan iki gənc həbsdədir. Taleh Bağırov başda olmaqla onlarla ləyaqətli inanclı insanımız şərlənərək həbsə atılıb. Hacı Mövsüm, Hacı Sərdar, Hacı Abgül və onlarla başqa dindar qardaşımız ədalət istədiklərinə görə həbsdədir. Biz ona necə azadlıq tələb edə bilməzdik? ”.

O, əlavə edib ki, kimsə həbsdəki Qarabağ müharibəsi veieranı Asif Yusiflini unutmayıb: “O, Qarabag qazisi Bakıda intihar edərkən buna görə etiraz aksiyası təşkil etmişdi. Biz onu necə darda qoya bilərik?”.

Əli Kərimlinin sözlərinə görə, seçki sistemini, azad medianı məhv ediblər ki, hakimiyyətinə etiraz etməsinlər: 

“Ancaq biz burdayıq, buna yox deyirik. Bu meydana korrupsiyaya yox demək üçün gəlmişik. Onların mənimsədiyi milyardlar sizindir, bu xalqındır. Neft gəlirlərini talan etdilər, indi də ölkəni borc bataqlığına sürükləyirlər”.

Əli Kərimli deyib ki, ölkəni korrupsiya bataqlığına salanlardan məsuliyyət tələb etməyin vaxtıdır.

Mübarizənizdən vaz keçməyin. Əzmimizlə mübarizədə qalib gələcəyik. Azərbaycan xalqı diktaturaya layiq deyil. Mən xalqın bunu bacaracağına inanıram. Azərbaycanda hüququn aliliyi hakim olacaq ”, deyə o, çıxışını bitirib.

*****

AXCP sədri Əli Kərimli çıxış edərkən "İstefa" şüarları səslənib və bu zaman elektrik enerjisi kəsilib. Amma Əli Kərimli deyib ki, elektrik enerjisini kəsməklə bizi dayandıra bilməyəcəksiz və biz mitinqimizi davam etdirəcəyik. Bir neçə dəqiqə sonra meydana elektrik enerjisinin verilməsi bərpa edilib.

***

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqdə AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, Milli Şuranın sədri Cəmil Həsənli, şuranın üzvü Gültəkin Hacıbəyli çıxış edib. 

Onlar da hakimiyyəti tənqid ediblər.

***

Mitinqin aparıcısı AXCP Gənclər Komitəsinin rəhbəri İlham Hüseyndir.

O, açılış zamanı ölkədəki ictimai siyasi duruma toxunub.

“Biz uzun müddətdir “Talana yox”, “Yalana yox” tələbləri ilə etiraz aksiyaları keçiririk. Ancaq problemlərin həlli istiqamətində gərəkli addımlar atılmır. Əvəzində şüarlarımıza “Monarxiyaya yox” şüarı da əlavə olunub”, – deyə, o, bildirib.

O, ölkə iqtisadiyyatının tənəzzüldə olduğunu bildirib.

“Ölkəyə böyük neft pulları gəlib. Ancaq inkişaf bizdə yox, Gürcüstanda baş verib. Neft pulları Azərbaycana gəlib, əməkhaqları Ermənistanda artır”.

Azadliq.org

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam