Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya və İrandan “Transxəzər”ə ortaq təhlükə

 

Rusiya-Qərb qarşıdurması gücləndikcə Xəzər amilinin rolu da artır; şimal və cənub qonşularımızın dənizi sürətlə hərbiləşdirməyə başlamasının yeni pərdəarxası; ABŞ və Avropa Birliyi Tehranın Moskvanın təbii müttəfiqinə çevrilməsini əngəlləyə biləcəkmi?..
"Xeberinfo.com":  Rusiyanın Qərblə geosiyasi savaşı şübhəsiz, həm də postsovet məkanında ən strateji məntəqələrdən sayılan, karbohidrogen ehtiyatları ilə zəngin Xəzər akvatoriyasında dominantlıq uğrunda gedir.
Aydındır ki, şimal qonşumuz Xəzərə təkcə Avropa bazalarında öz monopolist qaz satıcısı statusunu qoruyub saxlamaq amili kimi baxmır, eyni zamanda dənizdə ABŞ (Qərb) hərbi mövcudluğunun mümkünlüyünü nəzərə alaraq taktikasını qurur.
transxezer13)(11.11.2014)Xəzərin hüquqi statusunun on illərdir qeyri-müəyyən qalmasının əsas səbəbi də budur. Belə qeyri-müəyyənlik imkan verir ki, Kreml bir yandan, akvatoriyada öz hərbi donanmasını gücləndirsin, digər yandan isə neft-qazla zəngin başqa sahilyanı ölkələri təhdid altda saxlasın, ən azından, onları enerjidaşıyıcılarının nəqlində Rusiya maraqlarını ciddiyə almağa vadar eləsin.
Bundan əlavə, qeyri-müəyyən statuslu Xəzər burada Azərbaycan kimi ölkələrin istəyi ilə olsa belə, Qərbin, ABŞ-ın (NATO-nun) təhlükəsizlik maraqları kontekstində əl-qol açmasına imkan vermir. Halbuki belə problem Qara Dənizdə mövcud deyil və hazırda orada hətta NATO qüvvələrinin iştirakı ilə hərbi təlim keçirilir.
Rusiya ilə ABŞ arasında Ukrayna uğrunda mübarizənin üzücü mərhələyə girdiyini də nəzərə alsaq, belə ehtimal eləmək olar ki, Kreml son anadək, Rusiya parçalananadək “Xəzər kartı”ndan maksimum bəhrələnməyə çalışacaq, dənizin hüquqi statusu məsələsində nala-mıxa vuracaq, özünü “naza” qoyacaq, “siyasi məzənnəni” qaldıracaq.
Sahilyanı ölkələrin dövlət başçılarının ötən il Moskvada keçirilən sammitində Kremlin ənənəvi taktikası növbəti dəfə özünü büruzə verdi. O vaxt Moskvanın təşəbbüsü (əslində təzyiqi) ilə qəbul edilən birgə sənəddə Xəzərdə “yad hərbi qüvvələrin” yolverilməzliyinin qabarıq əksini tapması hamıdan çox dənizdə hərbi üstünlüyünü qoruyub saxlamaq istəyən Rusiyanın maraqlarına cavab verirdi…
Xatırladaq ki, martın 4-5-də Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı xüsusi işçi qrupun Bakıda 39-cu iclası olub. İclasda müəyyən razılaşmaların olduğu deyilir. Məsələn, İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur bildirib ki, Xəzərin hüquqi statusunu dəqiqləşdirən Konvensiyanın 6 maddəsi üzrə artıq tam razılıq əldə edilib.
“20 il ərzində aparılan müzakirələr yaxın zamanlarda yekun razılaşmanın əldə olunmasına şərait yaradacaq” – deyib iranlı diplomat. Ancaq o, dənizdə “xarici hərbi qüvvələrin yolverilməzliyi”ni də vurğulayıb. “Biz imkan verməyəcəyik ki, sülh və əmin-amanlıq dənizi olan Xəzərə münaqişələr girə bilsin”, – deyə qeyd edib.
Gas_pipeline_150807Aydındır ki, Qərbin bölgədə, o cümlədən Xəzərdə möhkəmlənməsini Rusiyanın ardınca ciddi şəkildə arzulamayan ikinci sahilyanı dövlət – İrandır. Bu maraq Moskva ilə Tehranı təbii müttəfiqlərə çevirir. İranın Qərblə nüvə proqramı çərçivəsində danışıqlarının dalana girməsi isə Kremlin maraqlarına hərtərəfli uyun gəlir.
Təsadüfi deyil ki, özünü qeyri-real təklifi ilə dənizin yekun hüquqi statusunu əngəlləyən ölkələrdən biri məhz İrandır. Cənub qonşumuz da qeyri-müəyyənlikdən yararlanaraq və Rusiya kimi iqtisadi sanksiyaların ağırlığına baxmayaraq, dənizdə hərbi gücünü artırmağa səy edir.
Bu, günlərdə İranın Hərbi-Dəniz Qüvvələrinin yeni və çevik hərbi gəmi alması qənaətimizə sübutdur. Belə ki, “Damavand” adlı gəmi İranın Xəzər donanmasının tərkibinə qatılacaq. Gəminin uzunluğu 90 metr, ağırlığı 1300 tondur. O, qanadlı raketlərlə, torpedo və elektron hərbi avadanlıqlarla təchiz olunub. İran mediası xəbər verir ki, hazırda ölkənin cənubundakı tərsanələrdə bu tipli daha üç hərbi gəmi inşa olunmaqdadır.
Tehran son illər Xəzərdəki donanmasını gücləndirməklə, onu kiçik sualtı qayıqlarla və raket gəmiləri ilə təchiz etməkdədir. Ancaq şəksizdir ki, ən böyük donanma Rusiyaya məxsusdur. Qərblə qarşıdurma kontekstində Moskvaya Xəzərdə öz mövqeyini gücləndirmək indi hava-su kimi lazımdır. Elə təkcə bu ilin əvvəlində Rusiyanın Xəzər Flotiliyası daha bir yeni döyüş gəmisi alıb.
1B7CB534-B57C-41B2-B9DF-C71244DC9774_mw1024_s_nAkvatoriyada “əzələ gücü”nü artırmaq isə Moskvaya həmçinin dənizlə bağlı onun iradəsindən kənar yeni enerji layihələrini əngəlləmək üçün lazımdır. Son illər xarici siyasətində (Ukrayna) terror üsullarına da əl atan Rusiya bu yolla ən azı, belə layihələri təhdid altda saxlayır, onların təhlükəsizliyinə zəmanət vermədiyi haqda eyhamlar vurur.
Bu cür layihələrdən biri də “Transxəzər” qaz kəməridir. Layihənin təzədən Avropanın gündəminə gəlməsi sözsüz ki, Rusiya və İranı bərk qıcıqlandırır, onların Xəzərdəki maraqları ilə, o sırada energetik maraqları ilə ziddiyyət təşkil edir. Çünki belə kəmərlər Moskva və Tehranın Avropa üçün energetik dəyərini azaldır.
Bu mənada İranla “Altılıq” arasında nüvə dosyesi ilə bağlı danışıqlar tam fiasko ilə nəticələnərsə, istisna deyil ki, “Transxəzər” xəttinə ortaq Moskva-Tehran təhdidi də güclənəcək. Kəmərlərə təhdid isə həm də müstəqilliyə təhdiddir. Bunu önləmək üçünsə hərbi balans yaratmağa ehtiyac olacaq. /musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam