Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Qərb Kremlə qarşı həlledici qaz həmləsinə hazırlaşır

 

Transxəzər qaz layihəsi ətrafında Qərb-Rusiya rəqabəti geosiyasi savaş mərhələsinə keçib; ABŞ, NATO, Avropa Birliyi sinxron taktikaya və Moskva əleyhinə “bütün cəbhə boyu” hücuma köklənib; hədəf Azərbaycan da daxil, tranzit ölkələrin sabitliyi və təhlükəsizliyidir... 

"Xeberinfo.com":   Avropanın Rusiyadan energetik asılılığını minimuma endirmək üçün Qərb, belə demək mümkünsə, cəbhə boyu hərəkətə keçib. Bu hərəkətliliyin qayəsində Transxəzər qaz kəməri layihəsinin gerçəkləşməsi yolundakı bütün geosiyasi, hərbi xarakterli əngəl və təhlükələri aradan qaldırmaq durur. Söhbət öncəliklə tranzit ölkələrin etibarlı təhlükəsizliyi, həmin ölkələrdəki münaqişələrin həllindən gedir. 

 
Məlumdur ki, Transxəzər layihəsində əsas qaz qaynağı Azərbaycan və (daha çox) Türkmənistan hesab edilir. Rusiyadan yan keçəcək bu boru xətti isə Kremli ciddi şəkildə qayğılandırır. Rusiyanın “Türk axını” (əvvəlki “Cənub axını” layihəsinin yeni variantı) da elə xeyli dərəcədə Transxəzərə alternativ kimi nəzərdən keçirilir.     
*   *  *
Bu arada Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Avropa turnesi çərçivəsində Avstriya və Sloveniyada olduğu bəlli olub (publika.az). Bildirilir ki, o, türkmən qazının Avropaya çatdırılması üçün qaz kəmərləri infrastrukturunun yaradılmasını planlaşdırır. 
Şəksiz ki, bu, təkcə yeni türkmənbaşının öz ideyası deyil. ATƏT-in birinci katibi Lamberto Zaner onunla görüşdə deyib ki, Avropa Türkmənistana qaz təchizatçısı kimi baxır və bu yöndə əməkdaşlığın perspektiv aspektlərinin müzakirəsinə hazırdır. Berdiməhəmmədov da Aşqabadın Avropa ilə dialoqa hazır olduğunu dilə gətirib. O, bu yaxınlarda Aşqabadda Türkmənistan, Azərbaycan, Türkiyə və Avropa Birliyi energetika sahələri rəhbərlərinin iştirakı ilə dördtərəfli müzakirələr apardıldığını diqqətə çatdırıb.
Xatırladaq ki, həmin görüşdə “Xəzər konsorsiumu”nun yaradılması haqda ilkin razılığa gəlinib. Bu konsorsiumda Avropanın müxtəlif enerji şirkətləri alıcı qismində təmsil olunacaq. Razılaşma gələcəkdə Transxəzər kəmərinin reallaşmasına kömək etməlidir. Söhbət türkmən qazının Xəzər dənizinin dibi ilə Bakıya qədər gətirilməsi, buradan isə TANAP vasitəsilə Avropaya çıxarılmasından gedir. 
Lakin Rusiya bütün vasitələrlə buna qarşı çıxır. Hətta ehtimallara görə, bu layihənin reallaşdırılması Xəzərdə müharibə ocağının yaranması ilə nəticələnə bilər. Avropa, Qərb isə, əksinə, bunda israrlıdır. Ona görə ki, Qərb belə bir layihəylə Rusiya qazından asılılığı aradan qaldırmaq və Xəzər hövzəsində Rusiyanın hegemonluğuna son qoymaq niyyəti güdür.
*   *   *
 
 
Türkmənbaşının Avropa turnesinə çıxması Transxəzər layihəsi istiqamətində ciddi addımların davam etdiyini göstərir. Diqqətçəkicidir ki, bu səfərdən az öncə ABŞ Transxəzər xəttinə mane olan Rusiyanın “Türk axını” layihəsinə qoşulmağa hazırlaşan, bununla da onun reallaşmasına yardımçı olmaq istəyən Yunanıstan və Makedoniyaya xəbərdarlıq eləmiş, iki ölkənin bu layihədən çəkilməsi üçün hərəkətə keçmişdi. 
Belə görünür, Vaşinqtonun bu yöndə addımları davam edəcək və hətta lazım gəlsə, Türkiyənin özünə də təzyiq göstərəcək. ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Morninqstarın “Anadolu” agentliyinə müsahibəsindən bunu sezmək olar. Eks-diplomat bildirib ki, “Türkiyə və Azərbaycan arasında yaxşı münasibətlər qurulub və Ankara ”Türk axını"nın TANAP-la (Transxəzər layihəsi ilə -red.) rəqabətə girməsinə icazə verməyəcək". 
*   *   *
 
 
Təbii ki, situasiyanı ən həssaslıqla Rusiya izləyir. Kremlin hədəfi isə çoxdan məlumdur: “Türk axını” ilə Transxəzər layihəsinin əhəmiyyətini azaltmaq və onu əngəlləmək, eyni zamanda Rusiya əleyhinə Qərbin yaratdığı mövcud koalisiyanı daha güclü şəkildə parçalamaq. Qərb də bu hədəfi yaxşı anladığından, prosesə Avropa Birliyi də fəal şəkildə qoşulub. Ötən ay Aşqabadda Transxəzər kəməri ilə bağlı dördtərəfli uğurlu görüşün təşkili bunun əyani sübutu sayıla bilər.   

*   *   *
Rusiyalı analitiklərdən Andrey Petrov da hesab edir ki, qarşıdakı dönəmdə Xəzər regionu kataklizmlərlə üzləşə bilər. Sitat: “2015-ci ildə faktiki olaraq Transxəzər layihəsi dirçəlməyə başlayıb. Türkmənistanın burada marağı aydındır. Xəzərdə ən böyük qaz ehtiyatlarına malik Aşqabad indiyə qədər Avropa bazarına çıxa bilmirdi. Avropa da türkmən qazını Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və İtaliya vasitəsilə idxal etmək niyyətindədir”. 
Ekspertə görə, bunun üçün hazırda Cənub Qaz Dəhlizi layihəsi var və bu layihənin reallaşması üçün hər gün iş aparılır: “Türkmənistanın bura qoşulması layihənin genişlənməsi deməkdir. Lakin ortada ciddi problem var. Belə ki, Rusiya ilə yanaşı, öz qazını Türkiyə vasitəsilə Avropaya çıxarmaq istəyən İran da buna qarşıdır. Güman ki, Aşqabad və Brüssel bir-biri ilə anlaşacaq. Həmçinin, Bakı və Ankara da buna etiraz etməyəcək. Amma Moskva ilə Tehran buna qarşı çıxacaq. Bu isə qarşıda ağır dövrlərin olacağı ehtimalını gücləndirir”.
Ekspert Xəzər regionunda yeni münaqişə ocağının yaranmasını da istisna etməyib.
*   *   * 
Yeni münaqişə ocağında ən çox maraqlı olan isə yenə də Rusiyadır. Məhz bu təhlükəni ciddiyə alan Qərb, ABŞ Transxəzər qaz kəmərinin keçəcəyi ölkələrdəki vəziyyətə xüsusi diqqət ayırmağa başlayıb. Onlardan ən önəmlisi, əlbəttə ki, Azərbaycan, xüsusən də Gürcüstandır. Qərb, NATO Gürcüstanda daxili təhlükəsizliyi möhkəmlətmək üçün son vaxtlar bir sıra addımlar atıb və atmaqdadır.
Məsələn, ABŞ Senatının bir neçə ay öncə təsdiqlədiyi qanuna görə, Gürcüstan Amerikanın NATO-dan kənar hərbi müttəfiqi elan edilib. Sənədə görə, Azərbaycan da Vaşinqtondan təhlükəsizlik məsələlərində kömək ala bilər. NATO isə de-fakto artıq Gürcüstandadır. Burada az öncə ilk dəfə olaraq alyansla ortaq hərbi təlimlər keçirilib, ABŞ-ın ağır zirehli texnika vahidləri Gürcüstana gətirilib. 
Paralel surətdə gürcü ordusunun Türkiyənin də köməyi ilə, NATO standartlarına uyğunlaşdırılması prosesi davam edir. Ötən həftə bu mövzuda danışan NATO baş katibi Yens Stoltenberq Gürcüstanın alyansa üzvlük yolunda kifayət qədər məsafə qət etdiyini söyləyib. 
 
Öz növbəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən həftə Antalyada keçirilən NATO XİN başçıları sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında Gürcüstanın alyansa üzvlüyünün vaxtı çatdığını, 2016-cı ildə blokun genişlənmə toplantısında bu haqda qərar verməyin zəruriliyini bildirib. Ankara, heç şübhəsiz, Gürcüstanın alyansa üzvlüyü ilə tranzit qaz ölkəsi kimi onun daha etibarlı ölkəyə çevrilməsini arzulayır. 
***
Bir neçə gün sonra - mayın 20-21-də isə Brüsseldə NATO-nun hərbi komitəsinin iclası keçiriləcək. Rəsmi açıqlamaya əsasən, iclasda Gürcüstan və Ukrayna ilə hərbi əməkdaşlıq və strateji hərbi məsələlərin müzakirəsi gözlənilir. Gündəmin əsas mövzusu isə Ukrayna və Gürcüstandakı vəziyyət olacaq. 
Maraqlıdır ki, eyni günlərdə Riqada Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək və sammit çərçivəsində Gürcüstan və Azərbaycana Rusiya təsirini azaltmaq yönündə təşəbbüslər, təkliflər paketi diqqət mərkəzində olacaq.  
*** 
Hər şeydən göründüyü kimi, Qərbin, ABŞ-ın bu kimi anti-Rusiya demarşına, həlledici qaz həmləsinə Moskva tezliklə hansısa hərbi təhdid xarakterli addımlara cavab verəcək. Cavab gözlənilən məkanlardan biri və birincisi Xəzər hövzəsi ola bilər. Unutmaq lazım deyil ki, dənizdə ən böyük donanması olan ölkə Rusiyadır və Xəzərin yekun hüquqi statusu da Kremlin ucbatından indiyədək dəqiqləşməyib. 
Bu iki amil Rusiyaya imkan verir ki, Transxəzər qaz kəməri üzrə ixracatçı və tranzit ölkələri, Aşqabadı, Bakını güclü təhdid eləsin. İstisna deyil ki, Rusiya yeni “əzələ nümayişi”nə də qərar versin. Bu, özünü hansısa formada həmçinin, Qarabağ münaqişəsi zonasında göstərə bilər. Çünki Moskva çoxdan bu tezisdən çıxış edir ki, Xəzərə kim sahibdisə, kəmərlərə də o nəzarət edəcək.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam