Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İcra başçılarının, nazir müavinin mülklərinin taleyi:Pullar hardadır?

 
Həbs edilən icra başçılarının, nazir müavinin və idarə rəislərinin mənzillərindən, iş otaqlarından, avtomobillərindən çıxan külli miqdarda nağd pul və üzərinə həbs qoyulan mülklərin taleyi necə olacaq? Son günlərin müzakirə mövzularından biri də budur. Həbs edilən məmurların mülkləri hansı halda dövlət nəfinə keçə bilər?

Yenixeber.org: Tanınmış vəkil Fariz Namazlı bildirib ki, həbs edilən vəzifəli şəxslərin əmlakının müsadirə edilməsi ilə bağlı yekun qərarı yalnız məhkəmə verə bilər: “Əgər məhkəmə belə nəticəyə gəlsə ki, icra başçıları və digər həbs edilən vəzifəli şəxslər həmin əmlakları cinayət yolu ilə əldə ediblər, o zaman həmin əmlaklar müsadirə edilə bilər.

Məsələn, Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmov həbs edilən zaman bütün əmlakını müsadirə etdilər. Məhkəmə belə qərara gəlmişdi ki, həmin əmlak cinayət yolu ilə əldə olunub. İndi də baxacaqlar, araşdıracaqlar ki, həbs edilən icra başçısı vəzifəyə nə vaxt gəlib, əmlaklar nə vaxt əldə edilib. Bununla da müəyyənləşdirəcəklər ki, həmin əmlakların əmək haqqı ilə alınması mümkün deyil. Bu da cinayət yolu ilə əldə edilmiş əmlak hesab olunur”.

Fariz Namazlı həbs edilən mədəniyyət nazirinin müavini Rafiq Bayramova qarşı irəli sürülmüş ittihamlardan biri- müəllimlərin maaşının mənimsənilməsini də şərh edib.

Vəkil müəllimlərin bu günə qədər mənimsənilən əmək haqlarının hansı halda qaytarıla biləcəyini izah edib: “Əgər müəllimlərdən maaşlarının bir hissəsi məcburi qaydada alınıbsa, onlar zərərçəkmiş kimi tanınır. Amma bunu araşdırmaq, aydınlaşdırmaq çox çətindir. Çünki məhkəmə həqiqətən də müəyyən etməlidir ki, nazir müavinin evindən, maşınından və ya ofisindən çıxan pul, həqiqətən də müəllimlərin maaşından alınan vəsaitdir. Hər bir halda məhkəmə yekunda buna qərar verəcək”.

Vəkil Anar Məmişov isə icra başçılarının, nazir müavinin evindən, ofisindən çıxan yüz minlərlə avro və dolların hazırda harada saxlandığını izah edib:

“Məhkəmə həmin əmlakları, pulları xüsusi müsadirə ilə əvəzsiz qaydada və məcbur olaraq dövlət nəfinə ala bilər.

Hazırda cinayət prosessual məcəlləsinin tələblərinə uyğun olaraq həmin əmlakların üzərinə həbs qoyulub. Əməliyyat zamanı götürülən nağd pul isə notariusda, bankda və ya istintaq orqanın saxlanc yerində saxlanılır.

Xüsusi müsadirədə cinayət zamanı vurulmuş ziyanın ödənilməsi məsələsi də var. Xüsusi müsadirə zamanı ilk olaraq törədilmiş cinayət zamanı vurulmuş zərər ödənilir. Əgər istintaq orqanı, məhkəmə müəllimləri zərərçəkmiş kimi tanısa, onların pulu qaytarıla bilər. Bu zaman həbs edilən şəxsdən götürülən nağd pul və ya üzərinə həbs qoyulmuş əmlak satılaraq zərər ödənilə bilər. Eyni zamanda həmin şəxslər də mülki iddia da verə bilərlər ki, pulları geri qaytarılsın”.

Anar Məmişov bildirib ki, həbs edilən şəxslər bəraət alacağı təqdirdə onların əmlakı geri qaytarılır. (yeniavaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam