Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ-da-koronavirusun yeni növü yayılıb

 

 ABŞ-ın Konnektikut ştatında həddi-buluğa çatmamış 3 nəfər iltihabi sindrom əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Yenixeber.org: Bu barədə ştatın qubernatoru Ned Lamont mətbuat konfransında bildirib.

O, qeyd edib ki, bunun koronavirusla bağlı olduğu ehtimal edilir.

"Üç belə hadisə Nyu-Heyven xəstəxanasında qeydə alınıb. Biz onların səhhətini diqqətlə izləyirik. Pasiyentlər 3 aylıqdan 14 yaşa qədərdir, onlarda badamcıq vəzlərinin kəskin iltihabı və başqa simptomlar müşahidə olunur. Və bu bizi çox narahat edir", - qubernator deyib.

Ötən şənbə günü qonşu Nyu-York ştatının qubernatoru da bildirib ki, ağır vəziyyətdə olan üç uşaq koronavirusdan ölüb.

ABŞ-da yerli və federal orqanların məlumatları əsasında statistika aparan Cons Hopkins Universitetinin məlumatına görə, hansı ki, Birləşmiş Ştatlarda virusa 1,34 milyondan çox yoluxma qeydə alınıb, 80 239 insan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam