Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

QİYAM QALDIRILAN HƏBSXANA “QARA ZON” İMIŞ - Avtoritetlər həbsxananı niyə yandırıblar? + VİDEO

 

 Xəbər verildiyi kimi, aprelin 9-u axşam Rusiyanın İrkutsk vilayətindəki 15 saylı həbsxanada məhkumlar qiyam təşkil edib. Həbsxanada yanğın törədən dustaqlara qarşı xüsusi əməliyyat keçirilib.

Yenixeber.org: Rəsmi məlumatda deyilir ki, bir nəfərin həlak olduğu insident Federal Penitensiar Xidmətin əməkdaşları ilə məhkumlar arasında siqaret üstündə başlayıb. Mühafizəçilər onları cəza kamerasına salmaq istəyəndə münaqişəəlbəyaxa davaya çevrilib.

Münaqişənin təhrikçisi hesab olunan məhkum onun üzərində axtarış aparılmasına etiraz edərək dustaqları itaətsizliyə çağırıb. Nəticədə qonşu kameralardakı məhkumlar, ümumilikdə 17 nəfər kameralarının şüşələrini sındırmağa başlayıblar və şüşə parçaları ilə qollarını kəsiblər. Federal Penitensiar Xidmət hadisələrin nəzarət altında olduğunu bildirib. Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 321-ci ("Cəmiyyətdən təcrid olunmasını təmin edən qurumların fəaliyyətinin pozulması") maddəsi ilə cinayət işi açılıb.

“AzPolitika.info” xəbər verir ki, Rusiya mətbuatında qiyamın detalları və ümumiyyətlə, bu həbsxana barədə fərqli materiallar yer almaqdadır. Öncə qeyd edək ki, məhkumlar hələ hadisələrin qızğın mərhələsində videomüraciət yayaraq qiyama ağır həbsxana şəraitinin səbəb olduğunu bildiriblər.

Rusiyanın “Novaya Qazeta” dərgisi isə yazır ki, bu qiyama qədər həbsxana rəhbərliyi ilə məhbuslar arasında münasibətlər heç də pis olmayıb. Məlum olub ki, İrkutsk vilayətindəki 15 saylı ciddi rejimli həbsxana “qırmızı” yox, “qara” “zonlardan” sayılır. Buradakı məhkumların arasında ilk dəfə həbsə düşən bir nəfər də yoxdur. Yəni hamısı dəfələrlə məhkum olunmuşlardır.

Buranın ”qara zon” hesab edilməsi isə onunla əlaqədardır ki, həbsxanadakı vəziyyətə, nizam-intizama “qırmızı zonlardan” fərqli olaraq, kriminal avtoritetlər nəzarət edir. Belə ki, qəzetin yazdığına görə, həbsxana rəhbərliyi ilə kriminal liderlər arasında qeyri-rəsmi razılaşma mövcud imiş.

Həmin razılaşmaya görə, avtoritetlər həbsxananın nəzdindəki metal emal məhsulları, mebel və məəəşyaları istehsalı da daxil olan böyük sənaye zonasının saat mexanizmi kimi işləməsini təmin edirdilər. Qəzet yazır ki, sənaye zonasında həm də 3 ədəd böyük taxta pleraması varmış. Bu zona həbsxana rəhbərliyi və daha üst orqanlar üçün böyük məbləğlərdə gəlirlə təmin edirdi. Əvəzində həbsxana rəhbərliyi müəssisənin oğru prinsipləri ilə idarə olunmasına, eləcə də avtoritetlərin telefon, narkotik, spirtli içki və s. ilə təminatına göz yumublar.

 

 

Ancaq bu razılaşma aprelin 9-da gözlənilmədən pozulub ki, bu da həbsxana əməkdaşının kriminal avtooritetlərdən birini hansı səbəbdənsə döyməsi iləəlaqədar olub. Bundan sonra həmin avtoritetin çağırışı ilə 17 məhbus qollarını kəsib, həmçinin həbsxana ərazisindəki sənaye zonasına od vurulub. Bu, qarşılıqlı razılaşmanın həbsxana işçiləri tərəfindən pozulmasına məhbusların amansız cavabı olub. Çünki nəticədə “rəislərə” külli miqdarda maddi ziyan dəyib.

Rusiya mətbuatı bu hadisədən sonra həmişə olduğu kimi araşdırmalar başlanacağını və vəziyyəti nəzarətdə saxlaya bilməyən həbsxana rəhbərliyi və onun mərkəzdəki havadarlarının “başlarının gedəcəiyini” proqnozlaşdırır. 


 

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam