Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

HEÇ KİMİN GÖRMƏDİYİ “SİYAHIYAALMA” –Bu saxtakarlıq kimə lazım idi?

 

eli-hesenov

“Hazırlıq prosesinə 43 min insan cəlb olunub, sorğu vərəqələri artıq hazırlanıb. Əhalinin sayına uyğun vərəqələr hazırdır. 28 bənddən ibarət sorğuda 180 göstərici yer alıb. Əhalinin bu sorğulara tam, dolğun cavab verməsi mühüm əhəmiyyət kəsb edir…”

Yenixeber.org: Bu, hələ ötən ilin dekabr ayında Nazirlər Kabinetində keçirilən iclasda Baş Nazirin müavini Əli Həsənovun əhalinin siyahıyaalınması prosesilə bağlı çıxışından sitatdır. Xatırladaq ki, Ə.Həsənov Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına yardım üzrə Mərkəzi Komissiyanın sədridir.

Planlaşdırıldığı kimi, oktyabrın 1-dən 10-dək keçirildiyi bəyan edilən siyahıyaalma artıq rəsmən bitmiş elan olundu. İndi isə reallığa baxaq. Siyahıyaalma bitdi, amma sayıcıları, sorğu vərəqələrini demək olar ki, “gördüm” deyən olmadı. Kim gördü həmin sorğuları aparan 43 min insanı, 28 bəndlik sorğu vərəqəsini, 180 göstəricini və sair? Əminliklə demək olar ki, elə hazırda bu yazını oxuyan vətəndaşların böyük əksəriyyətinin qapısını belə kimsə döyməyib, heç bir sorğu-filan, bir sözlə siyahıyaalma adlı iş aparılmayıb! Elə bu yazının müəllifi, redaksiyanın işçiləri, hər birimizin qohum-əqrəbaları, qonşuları arasında da heç bir siyahıyaalma-filan görən olmayıb.

ehali

Demək olar ki, əhalinin olduqca böyük qismi nə vərəqə gördü, nə də sorğu. Formal olaraq, haradasa guya məntəqələr yaradılaraq, əhalinin bu işə cəlb olunduğu görüntüsü yaradılsa da, reallıqda, demirik bütün ölkə əhalisini, heç olmasa onun böyük qismini əhatə edən sorğu keçirilmədi! Bunu insanların sosial şəbəkələrdəki paylaşımlarından da görmək olar.

Yeri gəlmişkən, yəqin ki, siyahıyaalmanı həyata keçirən şanlı Dövlət Statistika Komitəsinin (DSK) rəhbərliyi də sosial şəbəkələrdə qurumun bu “işi” barədə dərc olunan fikirlərdən xəbərdardır…

Yaxşı, belə olan təqdirdə, bəs kimə, nəyə lazım idi DSK-nın növbəti saxta statistikası? Bu da toyuq, yaxud yumurta sayı deyil ki, hörmətli DSK rəhbərliyi ağlına gələn rəqəmləri yazıb qoysun ortaya və desin ki, iş gördüm! Axı istər Əli Həsənov, istərsə də DSK rəhbəri Tahir Budaqov danışanda əhalinin siyahıyaalınmasının hətta strateji əhəmiyyətli bir tədbir olduğunu iddia edirdilər. Belə yanaşılmalıdırmı strateji və dövlət əhəmiyyətli tədbirə? Hətta bəyənmədiyimiz SSRİ dövründə də siyahıyaalmaya bu dərəcədə saxta və formal münasibətə, yəqin ki, rast gəlinməyib.

Bu mənzərəni görəndən sonra istər-istəməz sual yaranır ki, analoqsuz Statistika Komitəmizin keçirdiyi yalan-palanla müşayiət olunan bir tədbirə, ən əsası isə əhalinin boğazından kəsilərək, bu işə Dövlət Büdcəsindən 23.2 milyon manatın ayrılmasına nə ehtiyac vardı? Hara, nəyə getdi bu 23.2 milyon manat? Və bizim DSK-dan bundan artıq nə gözləmək olardı ki? Əgər məqsəd sadəcə 23.2 milyon manatı “silmək” idisə, onda daha sözümüz yoxdur…

statistika

Məsələ ondadır ki, bu ölkədə əhalinin ən mükəmməl qeydiyyat sistemi Daxili İşlər Nazirliyində mövcuddur. Nəzərə alsaq ki, artıq uşaqlara da şəxsiyyat vəsiqəsi verilir, deməli DİN-in məlumat bazasında əhalinin sayı, yaşı və s. ilə bağlı məlumatların əsas hissəsini tapmaq olar.

Bu ölkədə hər bir doğulan və ölən şəxsin müvafiq qurumlarda qeydiyyatı aparılır. Ölkəni tərk edən və gələnlərin sayı sərhəd xidməti tərəfindən, pensiyaçıların, əlillərin, işləyənlərin, işsizlərin, tələbələrin, şagirdlərin və digər kateqoriyalara aid vətəndaşların sayı, əhali qruplarının tərkibi və s. də digər nazirliklər və dövlət strukturları tərəfindən bir-bir qeydiyyata alınır.

Demək istədiyimiz odur ki, heç bir syahıyaalma aparmadan da, müvafiq qurumlarda mövcud olan real rəsmi göstəricilərdən istifadə etməklə, ümumi mənzərəni kifayət qədər dəqiq və aydın şəkildə görmək olar. Guya indi siyahıyaalma adı ilə yalançı bir tədbir keçirən DSK nə edəcək ki? O da böyük ehtimalla, sadəcə yuxarıda sadaladığımız qurumlarda mövcud olan real göstəriciləri götürüb, toplama-çıxma apararaq, ortaya hansısa nəticələr çıxaracaq.

Sözsüz ki, bir müddət sonra da əhalinin sayı və digər göstəricilərlə bağlı məlumatlar ortaya qoyulacaq. Və bəyan ediləcək ki, guya həmin rəqəmlər və göstəricilər əhali arasında aparılan sorğulardan sonra üzə çıxıb. Yalandır! Müşahidələr onu deməyə əsas verir ki, əslində, siayahıyaalma başlamadan artıq nəticələr hazır və məlum idi…(azpolitika)

Cəlal MƏMMƏDOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam