Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Beynəlxalq hüquq-müdafiə təşkilatının adından dələduzluq

Dələduzlar beynəlxalq hüquq-müdafiə təşkilatının adından fəaliyyət göstərirlər


 Dələduzlar beynəlxalq hüquq-müdafiə təşkilatının adından fəaliyyət göstərirlər

Yenixeber.org: İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitənin Direktorlar Şurası (CIPDH) bəyanat yayaraq Azərbaycanda təşkilatın adından dələduzluq edildiyini bildirib.

"Azərbaycanda CIPDH nümayəndəliyi qeydiyyatda deyil və mövcud deyil. Yalnız Azərbaycan hakimiyyətinin rəsmi icazəsi alındıqdan sonra Bakıda nümayəndəlik qeydiyyatdan keçəcək.

Azərbaycanda bizim təşkilatın fəaliyyəti ölkənin maraqlarını təmsil etmək nəzərdə tutulub. Bu, yalnız icazə və Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən verilən xüsusi status aldıqdan sonra mümkündür.

M.Elchin Axundzadə kimdir?

CIPDH heyəti M.Elchin Axundzadəni tanımır. O, bizim təşkilatın üzvü deyil. Bu, dələduzluqdur. Biz daxili araşdırmaya başladıq və başa düşmək istəyirik ki, o, niyə bizim təşkilatın formasını geyinib və ona bu səlahiyyəti kim verib? Biz bu adamın kim olduğunu bilmirik və ona KİV ilə əlaqə yaratmaq üçün icazə verməmişik.

M.Ismayil Ağayev kimdir?

M.Ismayil Ağayev Azərbaycan Respublikasında təşkilatın nüfuzuna zərər vurduğuna görə CIPDH üzvlüyündən xaric edilib.

Mərkəzi Asiyada layihələrin Koordinasiya Bürosu Azərbaycanda CIPDH rəsmi xidmətidir ki, qurum bu ölkədə təşkilatın fəaliyyətə başlaması üçün Azərbaycan Respublikası hakimiyyəti ilə danışıqlar aparır.

Bu xidmətin mütəxəssisləri və məsləhətçiləri Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına rəsmi sorğu göndərərək komitənin Azərbaycan nümayəndəliyinin məqsəd və vəzifələrini açıqlayıblar. Onlar həmçinin Bakı nümayəndəliyində çalışan əməkdaşların seçimində iştirak edirlər.(Turan)

Əlaqə nömrələri:

+994 (50) 371 70 40.

+994 (50) 244 99 32.

[email protected]

Badamdar, 3-cü Bağlar küçəsi, tikili 6, AZ1021, Bakı, Azərbaycan. -02D-

 

Dələduzlar beynəlxalq hüquq-müdafiə təşkilatının adından fəaliyyət göstərirlər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam