Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xankəndidə konsert verən musiqiçilər "arzuolunmaz şəxslər” siyahısında

 

İşğal olunmuş ərazilərimizdə konsert verən təşkilat saytından UNESCO-nun loqosunu çıxarmağa məcbur olub

Ermənilər tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində fevralın 6-da konsert proqramı və “master-class”lar təşkil edən “Music for Peace” təşkilatı UNESCO-nun etirazından sonra saytında beynəlxalq təşkilatın loqosundan imtina etməyə məcbur olub.
 
"Xeberinfo.com":  Məlumata görə, bu barədə APA-ya məlumat verən Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyi “Music for Peace”  tərəfindən UNESCO-nun loqosunun hansı əsasla istifadə edilməsi məsələsini qaldırıb.
 
Azərbaycan tərəfinin sorğusuna cavab olaraq UNESCO katibliyindən bildirilib ki, bu təşkilatın UNESCO-nun loqosundan istifadə etməyə və ya özünü hər hansı bir formada UNESCO ilə əlaqələndirməyə heç bir əsası yoxdur. UNESCO-nun loqosundan qeyri-qanuni istifadə edən bu təşkilata UNESCO tərəfindən etiraz edilib və nəticə etibarilə “music-peace.com” saytından UNESCO-nun loqosu çıxarılıb.
 
H.Hacıyev bildirib ki, beynəlxalq hüququ və Azərbaycanın ərazi bütövlüyünü tanıyan UNESCO-nun adından və loqosundan istifadə edərək, bu cür fəaliyyət göstərmək yolverilməzdir: “Bu fakt özlüyündə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qanunsuz konsert proqramı təşkil edərək "sülh"ə xidmət etdiyini iddia edən, amma əslində işğal və təcavüzün nəticələrini təşviq edən bu qeyri-hökumət təşkilatının yalanının ifşasıdır”.
 
XİN rəsmisi əlavə edib ki, Azərbaycanın işğal edilmiş ərazisi olan Xankəndidə konsert verən musiqiçilərin adları Azərbaycanda “arzuolunmaz şəxslər” siyahısında daxil edilib.
 
Xatırladaq ki, təşkilatın rəsmi saytında yayımlanan afişada fortepiano ifaçısı Mariya Nemtsova və saksofon ifaçıları Vitali Vatul, Dmitri Uvarov, Yevgeni Novikov və Xuan  Manuel Dominqesin adları qeyd olunub. Azərbaycan XİN-in etiraz bəyanatından sonra “Music for Peace” təşkilatının təsisçilərindən biri olan Mariya Nemtsova siyasətlə yox, musiqi ilə məşğul olduqlarını, Azərbaycanda konsert verə bilmədiklərinə görə təəssüfləndiyini bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam