Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Politoloq-Bakıya qara yaxan təşkilatı susdurdu

“Amnesti İnterneşnl” təşkilatı insan haqlarını bu qədər düşünürsə, Azərbaycanın 1 milyona yaxın qaçqın və məcburi köçkünü haqqında bəyanatlar verməli, onların haqqını müdafiə etməlidir. Qəribədir ki, bu təşkilat Xocalıda uşaqları, qadınları amansızlıqla qətl edən ermənilər haqqında bu günə qədər heç bir bəyanat verməyib.

Yenixeber.org:  Bu sözləri açıqlamasında politoloq Zaur Məmmədov “Amnesti İnterneşnl” təşkilatının Avropa Liqasının finalının Bakıda keçirilməsini tənqid etməsinə münasibət bildirərkən deyib.

O vurğulayıb ki, bu təşkilatın sərsəm bəyanatı Azərbaycanın dünyadakı nüfuzuna xələl gətirə bilməz:

“Amnesti İnterneşnl” həmişə anti-Azərbaycan mövqeyi ilə seçilib. İndi də Azərbaycanı insan haqları olmayan ölkə kimi qələmə verməyə və finalın ölkəmizdə keçirilməsini tənqid etməyə başlayıb. Bu təşkilat 1961-ci ildə insan haqlarını müdafiə etmək məqsədi ilə yaradılıb. Lakin təşkilatın bəyanatlarında həmişə ayrı-seçkilik etdiyinin şahid oluruq. Dünyada insan haqlarının pozulduğu ölkələr var. “Amnesti İnterneşnl” təşkilatının bu ölkələrlə bağlı bəyanatları çox quru və mənasız olur. Onun Azərbaycanla bağlı verdiyi bəyanatlarda hər zaman qərəzli mövqe olur. Təşkilat Bakını qəddar, insanlara zülm edən bir yer kimi göstərməyə çalışır. Bütün dünya bilir ki, Azərbaycan tolerantlığın olduğu, multikultural cəmiyyətin yaşadığı bir ölkədir. Regionda yeganə ölkə Azərbaycandır ki, irqindən, dinindən və milliyyətindən asılı olmayaraq hər kəs burda rahat yaşaya bilər”.

Politoloq təşkilatın gizli yolla maliyyələşdiyini və xüsusi maraqlara xidmət etdiyini bildirib:

“Təşkilatın saytında yazılıb ki, guya dövlətlərdən, siyasi qurumlardan heç bir maddi yardım almır. Hər kəs yaxşı bilir ki, bu təşkilata Corc Soros və bir neçə şəxs müxtəlif yollarla pul köçürür və təşkilat da onların maraqları daxilində fəaliyyət göstərir”.

Qeyd edək ki, korrupsiyada adı hallanan “Amnesti İnterneşnl” təşkilatı Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləyib

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam